Necə?

Necə bacarırsan mənsizliyi ?

Mən səni qulaq asdığım hər musiqidə,hətta ən anlamsız və mənasızlarda belə taparkən sən necə tapmırsan məni? Bir söz belə xatırlatmır məni orda? Sətirləri tamamilə sənə həsr edə bilirəm də məni xatırladan söz yox mu? Bəstəkarlar edir hamısın,hər yerə səni əlavə etmək də nəymiş ?! Not falan bilməm mən,sən bilərsən ancaq.Bimədiyim notlarda səni tapmaq nə əcaibdir bilirsən heç ? Mən sənin hər xasiyyətinə,gülüşünə,saçlarına,başına buyruq hərəkətlərinə,baxışına uyğun ayrı-ayrı musiqilər tapdıqca,tapıb da səni yaşatdıqca sən məni komplə ifadə edən bi şey tapırmısan orda? (more…)

Advertisements

Bax yenə güləsim gəldi.


Elə anlar vardır ki, insan gərək içinə soxub oturmağa öyrəşə.

Səs çıxarmaya olanlara, baş verənlərə əvvəlkindən də normal baxa. Çünki həyatda belə anlar olur, necəsə öhdəsindən gəlmək lazımdır ya yox?!

Mən çox itirən adam deyiləm. İtirmişəm, necə insanlar gəlib, necə yer tutub, necə də gediblər məndən. Ama yenə də özümə çox itirən deyib acındıra bilmərəm, haqqım çatmır, itirdiklərim də ultra-dəyərli olmayıblar. (more…)

Abu-turiyent.

Abu-turiyent.Düşünürəm ki,insan həyatında 2 cür şey vardır ki,onu özü seçməlidir.Birincisi onun gələcək ixtisası,ikincisi onun gələcək həyat yoldaşı.Hər ikisi də kifayət qədər önəmli anlayışlar olub insanın həyatına ciddi təsir qüvvəsinə malik məfhumlardır.Çünki nə hər səhər gəlib gündəlik iş vaxtınızın müəyyən qismini sizi bu ixtisasa gətirən səbəbləri,şəxsləri “ağ yuyub,qara sərməniz”,nə də səhər qalxıb “corabım hardadır?” deyə səslənən sualınızı sizin az maaşlı və ya pinti olduğunuz haqda deyinmək üçün siqnal kimi qəbul edən insanla yaşamağınız sizi daha xoşbəxt və ya kamına çatmış insan etməz.Təəssüf ki,belədir.Bu dəyərlər hər insana görə dəyişə bilər,təbii ki,blogun url-ində olan adın sahibinə görə belədir bunlar. (more…)

Avtobaslar vs Online kliklər

Avtobaslar vs OlineBöyük şəhərlərdə məsafələrin böyüklüyü ucbatından nəqliyyata çox ciddi önəm verilir.Nəqliyyatsa həm şəhərdaxili,həm də şəhərlərarası olur.Bu yazımda nəqliyyatın qlobal dünyada önəmindən ziyadə tələbə olaraq mənim həyatımdakı rolundan danışacam.Nəqliyyat ciddi məsələ olaraq hər kəsin həyatında bu və ya digər cürə var.Hələ də əgər siz rayondan Bakıya təhsil,iş və başqa məqsədlər üçün gəlmisinizsə,bu zaman sizin həyatınızda avtobus anlayışı çox məna kəsb edir.Yəni “rayon uşağıysanız”.Niyə məhz belə ? Çünki “rayon uşaqlarının” bir ayağı rayonda olur.Nəysə gəlim “mustafama”. (more…)