Musiqi həyatdır amma…

Bu postumda musiqilərdən danışmaq istəyirəm…Musiqiyə qarşı bir insan deyiləm.Tamamilə əksinə musiqiyə qulaq asmağı çox sevirəm. Məni bu postu yazmağa vadar edən hər dəfə yola çıxanda və ya başqa yerlərdə kobudcasına desək,mənasız musiqilərin hər yerdə səslənməsidir..Bu musiqilər sözün həqiqi mənasında “bərbaddırlar”.Musiqilərdə vulqar sözlərin istifadə  olunması,mənasız mövzulardan danışılması insanı həqiqətən dəli edir.Hələ cavan oğlanların yəni “avtoşların” belə musiqilərə böyük rəğbət göstərməsindən heç danışmıram.Bəli bu da bizim musiqi mədəniyyətinin gəldiyi “yüksək” nöqtədir.Bu sözün əsl mənasında Azərbaycan musiqisinin sonudur.Hansı ki,bu musiqinin baniləri Üzeyir Hacibəyov,Rəşid Behbudov kimi dahilərdir.Belə dahilərin yazdığı o möhtəşəm əsərlər o qədər azdır ki…Amma mənasız mahnılar nə qədər istəsən.Nə sayı var ,nə də hesabı…Bunula bağlı bir hadisə danışmaq istəyirəm:

Bir gün çox gecikdiyim üçün taksiyə minməyə məcbur oldum.Əslində nadir hallarda taksiyə minirəm.Elə bir səbəbi yoxdu sadəcə taksilərdən xoşum gəlmir.Və bu taksicidə digərləri kimi maşında mənasız musiqi oxudurdu.Mən bunu eşidərək:

Zəhmət olmasa musiqini söndürün.

Sürücü isə cavabında:

Söndürmürəm.İstəmirsən düş.

Mən təbii ki,düşmədim amma bütün yolu o mənasızlığa qulaq asmağa məcbur oldum…Və taksiyə o gündən tövbə etdim.Nəysə…Ancaq belə olmamalıdır.Amma bu belədir. Mən isə bunu qəbul etmək istəmirəm…Və istəyirəm ki,maşınlarda dahilərimizin musiqiləri ən azından daha “sanballı” musiqilər səslənsin…

Advertisements

4 comments

  1. En maraqlisida orasindadiki belə mahnıları oxuyanlar tez bir zamanda məşhur olurlar şöhrət qazanırlar.Təbiiki belə musiqilərin yayilmasında və çoxalmasındə xalq camaat günahkardı.Qulaq asan olmasa oxuyanda olmaz.İctimai yerlerde ve minik vasitələrində (avtobus,taksi…) isə belə mahnilar qadagan olmalidir mence.herhalda yaxsi olar en azindan diger ölkələrdən gələn turistlə Azərbaycan musiqisi haqda xoş təsuratlarla qayıdarlar…

  2. Tural , Cox sagol. Belebir aktual movzuya toxunduqunkimi. 80-90-ninci illerde Uzeyir geldi , musiqinin adini yukseltdi 0 2010-2011-ci illerde uzeyir geldi , musiqinin adini batirdi. Neqederki Uzeyirkimileri var , Musiqimiz hele cox dushecek narahat olma. Tesekkurler=)

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s