“Azərbaycan Mentalitet Konstitusiyası”

Yeni  bir post  və mən.Postumun mövzusu başlıqdandan bilindiyi kimi mentalitetdir.Mentalitet özünüdərk,milli mentalitet isə milli özünüdərkdir .Mentalitet bir növ hər bir xalqın uzun müddət  ərzində həm formalaşdırdığı,həm də qoruyub saxladığı adət-ənənələrdir.Bu postumda sizə adət-ənənələrimizi tənqid edəsi deyiləm əsla.Öz adət-ənənələrimi sevən və onları qorumaq istəyən bir insanam.Sadəcə bir az mentalitetdən danışmaq istəyirəm.Bəli mənim yaşadığım yerdədə mentalitetin həm yaxşı,həm də pis cəhətləri var.Bəli mentalitet hər bir xalqın formalaşdırdığı bir “qanun sistemidir.”Və tam əminliklə deyə bilərəm ki,mentalitetin başlıca qurbanları cəmiyyətimizdəki qızlardır.Bəli bu yazı bir az qızlara meyilli olacaq.Amma hamı yaxşı bilirki “Azərbaycan ailəsi”ndə ən çox diqqət qizlara düşür və onlar daha çox qadağalarla rastlaşır.

“Azərbaycan Mentalitet Konstitusiyasi”nin pozulmayan bir neçə qanunu:

1.Oğlan və qız heç vaxt dost ola bilməz.

2.İnternet kafeler yalnız oğlanlar üçündür.

3.Avtobuslarda həm arxa,həm də qabaq yerlər oğlanlar üçündür.

Və s. Bu siyahını uzatmaq da olar.Düzdür mən elə qızlar tanıyıram ki,həqiqətən bu sistemə qarşıdırlar.Əlbəətə,elə qaydalar var ki,onlara uymaq lazimdı,amma elə qanunlarda var ki,mənasız yerədir.Və bu qanunlar nəticəsində qızlarımız bir müddət sonra sosial aləmdən uzaqlaşır.Bilirəm bu yazı qızlar haqqında  oldu amma mən bilirəm ki,elə bir insan olmasın ki mentalitetdən bir az da olsa belə əziyyət çəkməsin.Mənim başıma gələn(İndi fikirləşəcəksiniz ki,nə oldu elə  hər şey sənin başına gəlir.Amma bu belədir.Bir az fəalsansa bu hadisələr başına gələcək.)  bir hadisə:

Bir gün telefonum üçün aksesuar almaq üçün getmişdim.Və elə oldu ki,mağazadan çıxanad bir xanım mənim qarşımda irəliləyirdi.Ümumiyyətlə yolda təsadüfən belə alinsada,hər hansısa xanimım ardınca getmək heç xoşuma gəlmir.Buna görə də tez qabağa keçdim.Və elə alındı ki,mən yol keçəndə o xanımda elə oldu ki,o xanım gəlib düz yanımda dayandı.Və yolu keçəndən sonra he tanimadığım biri mənə baxıb:

Adam:   Kimdir o?

Mən: Heç kim?

Adam: Təzə işdir?

Bu sözdən sonra həqiqətən mentalitetin pis tərəflərinin olduğunu daha da aydin gördüm.Nəysə mən isə bu “qapalı” sistemi bir az yumşaltmaq istəyən insanların arxasındayam.

Advertisements

17 comments

    1. Ola biler…Men sadece oz fikirlerimi qisaca yazdim.Cox olanda ise insan bezir..Men sadece ilk baxiwdan mentalitetin ne oldugunu yazmaga calisdim.

  1. Dogru qeyd etdin. Bilirsen ? bizim Sheki dediyimiz bu balaca yerde insanlarin 90 faizinin colden xeberi yoxdu. Bashlarini zay-zay seriallara qatib , en adi bir halda yozmaqa bashlayirlar. Ozlerinin adet enenelerden danishdiqi bezi insanlarin , hec mentalitetdenn xeberi bele yoxdu. Mence senin bu movzunu hemen insanlar oxusa bele deyerler- “Noolsunki , qizda qizligini bilsin “. Onda bele cixirki qizligini bilsin deye , evden cole cixmasin ?

  2. Mövzü aktuallığına görə xüsüsi seçilir. Mentalitet mənimdə xoşuma gəlmir, amma gəlin bir şeyi də etiraf edək bizim cəmiyyətimiz(əlbətdəki sizin kimi fəal gəncləri çıxmaq şərti ilə) mentalitetin tam ləgv olunmasına hazır deyil. Əvvəlgədən cəmiyyəti xüsüsəndə gənc təbəqəyə mentalitetsiz, amma dönə-dönə qeyd edirem haa düzgün dinimiz bizə öyrətdiyi həyatı göstərmək lazımdır..

    1. Əlbəttə .Mən demirəm ki,dinimiz qalsın bir qlraqda.Sadəcə bir az bu sistem yumşalsın.Oxuduğun və şərh yazdığın üçün sağ ol!

  3. Gözəl mövzudu məndə azadlığın tərəfdarıyam.Amma ele sey varki orda mentaliteti qorumaq lazimdi meselen senin qeyd etdiyin avtobus meselesini deyim.Tutaqki xanim avtobusa minib ve yer yoxdu arxada 3 kişi oturub xanimin gedib olarin arasinda oturmasi heqiqeten duzgun deyil.Amma men qadinin masin surmesine cox yaxsi baxiram qadinin avtobusda getmeyinden masin surmesi daha yaxsidi.meselen indiye kimi (Şekide) yolda acqi taxib gezende bir cure baxirdilar adama indi biraz duzelib.Biraz derinden baxanda gerideqalmis kimi gorunuruk size ele gelmir?

    1. Elbette amma mentalitetle camaati bezdirmek olmaz.O ki qaldi xanimin arxada oturmasina o da insandi..Eger daldaki kisiler centilmen olsa ordan durub ayaq uste dayanarlar ve hemin xanima yol vererler..O ki qaldi geride qalmiwliga o da mentalitetin neticesidir..Oxuduğun və şərh yazdığın üçün sağ ol!

  4. Yenədə hər şey mentalitet dediyimiz qəfəsdən basliyir.Kişilerin centmenliyinide gozel qeyd etdin.Meselen inda hami deyir ve arzuluyurki bizdede xaricdeki kimi işe (ve basqa yerlere) velosipedle gedib gelsinler inaninki bunu hami deyir amma gelki şeherde bir nefer kişini velosiped suren goreler…..mence artiq serhe ehtiyac yoxdu…bu zencirleri qira bilsek yaxsi olar ama cetin

    1. Beli duzgun mentiqdir…Ele buna gore de kimse kucede “velosiped” surmelidir ki,bu sistem dagilsin …Oxuduğun və şərh yazdığın üçün sağ ol!

  5. VAqif siz düz demirsiniz. Nə fərqi var ki, harda oturmağın əgər özünü normal idarə edirsə. Niyəbuna pis baxırsınız ki? Əgər avtobusa mindiyində yer yoxdursa və yalnızca arxada yer varsa, onda xanım sırf xanım olduğuna görə orda otura bilməz? Bu absurddur!!!
    Adi eynık taxıb gəzmək olmazmış?!
    Birdə qızın dalısıycan yada önündə getməkdən də söz qoşmaq?! Bu qədər də olmaze həqiqətən…

    1. Evvel dediklerinizle raziyam amma Eltac qizin dalisinca gedende soz qowmaq ise absurd yox heqiqetdir….Oxuduğun və şərh yazdığın üçün sağ ol!

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s