Uşaq baxçası ya tarixi sərdabə?

Yeni  bir post və təbii ki yenə də mən.Başlıqdan da bilindiyi kimi mövzum uşaq baxçalarıdır.Çox istəyərdim ki, bu postumda podkast olsun.Amma alınmadı.Mən istəmədiyimdən və ya araşdırmadığımdan deyil  sadəcə nə qədər çalışdımsa da heç kim mənə müsahibə vermədi. Soruşulası o qədər sualım vardı ki,amma sadəcə alınmadı.Elə bil ki,mən bunlardan çox gizli bir məlumat istəyirəm.Sadəcə baxça haqqında məlumat almaq istəyirdim.Nəysə amma mən müsahibəsizdə bu postu yazmaq qərarına gəldim.

Bəli uşaq baxçaları…Tez-tez bu ifadəyə rast gəlirəm: “Uşaqlarımız bizim gələcəyimizdir”.Amma hər dəfə qarşısından keçdiyim amma heç vaxt diqqətlə baxmadığım  “10 nömrəli Uşaq baxçası”nı gördükdən sonra bu ifadəyə inancım azaldı.Və Gələcəyimizin-Uşaqlarımızın elə də yaxşı mühitdə böyümədiyi qərarına gəldim.2 saata yaxın  həmin baxçada vaxt keçirdim.Baxçanın içinə də girdim amma şəkil çəkməyə qoymadılar.Mən də binanın xaricindəki vəziyyəti çəkdim.Hələ çöldə dayananda eşitdiyim səslər baxça müəllimlərinin “xoş rəftarından” xəbər verirdi. Aldığım məlumata görə əvvəllər baxçanın bir otağını “Cüdo” məşqləri üçün ayırıblar.Düzdü bu yayda olub amma yenədə nə fərqi.Təbii ki, müəyyən bir pul müqabilində.Uşaqların sayıda elə qənaət bəxş deyil.Amma bu müəllimlərin  uşaqlara pis davranmaq üçün icazə vermir.Nə deyə bilərəm ki? Sınıq şüşələr,dağılmış divarlar,aynası olmayan “pəncərələr”  və sınıq vəziyyətdə olan yelləncəklər…

Mənə ən maraqlısı isə pəncərələri olmayan bir baxçada bizim uşaqlarımız qışda nə edir?Təbii ki soyuqdan “donurlar”.Həqiqətən o yerdə qış vaxtı dayanmaq olmaz.İçəridə olarkən  baxçanın istilik sisteminin olmadığı və qışda buranın yalnız sobalarla isidilidiyi qərarına gəldim.Mən isə şüşələri qırıq bir baxçada qışda uşaqların nə etdiyini düşünmək belə istəmirəm.Hələ elə  pəncərələr  var ki,onlarda ayna yerinə kisələr ,salafanlardan,taxta lövhələrdən  istifadə olunub.Baxında bizim uşaqlarımızı məktəb həyatına hazırlayan yerin vəziyyətinə…

Baxçanın divarlarına baxdıqda adama elə gəlir ki,sanki qədim dövrlərdən qalan tarixi sərdabəyə baxırsan.Divarlarda mənasız yazılar,telefon nömrələri və başqa o qədər şey var ki.Uşaq baxçasına aid olmayan hər şey bir sözlə.

Baxçanın yolu…Ən acınacaqlı problemlərdən biri.Baxçanın yolunda  çox az (bəli az sayda hətta əllə belə saymaq olar) çınqıl olması və qalan hissənin də darmadağın olması da bir ayrı dərddir.Hələ yağış yağanda buralarda yaranan süni “göllər”dən danışmıram.

Amma mən istəyərdim ki,mənim  gələcəyim olan uşaqlar daha yaxşı yerlərdə öz həyatlarının təməlini qoysunlar.İnşAllah 10 nömrəli baxça yaxınlarda təmir olunar.Təkio  bu yazı nəsə bir şey etsin!

Bu postda mənə kömək edən Qəhrəmanlı Üzeyirə dərin minnətdarlığımı bildirirəm.

Advertisements

21 comments

  1. Post ela ,,, bir sozle ela. Baxcanin bu pis veziyetini mende tesdiq edirem. Sagolki bu biyabirciliqi digerlerinede , elecede mene catdirdin. Teshekkurler

  2. “Uşaqlar Bizim Gələcəyimizdir”… Belə şəraitdə böyüyən uşaq, ən azından həyatda ilk atdımları atmağa başlayanda belə yerlərdə uşaqlıq keçirən uşaqdan necə gələcək gözləmək olar axı?

  3. Hər kəs uşaqlar bizim gələcəyimizdir deyir amma, heç kim bizim gələcəyimizə qayğı göstərmək istəmir sanki! Hələ müəllimlərin rəftarı! Kim onlara ixtiyar verir ki, uşaqlarla pis davransınlar?! Onların övladlarına elə davransaydılar necə hiss edərdilər özləri?! Ya da hər hansı dövlət orqanları öz övladlarını belə bir bağçaya qoyardılarmı?! Əlbəttə yox. Amma, başqalarının övladları heç veclkərinə belə deyil!!! Eləyalandan “Uşaqlar bizim gələcəyimizdir” deməyi bacarırlar!

    1. Eltac sənlə tam razıyam.Və belələrinə isə hər zaman deməyə sözüm var….Oxuduğun və şərh yazdığın üçün sağ ol!

  4. Əvvəla təşəkür edirəm ki bunun kimi bir xəbəri bizə çatdirdin. Mən səninlə tamamiilə raziyan bu baxça təmir olunub 21 əsrə yaraşan baxçalardan biri olmalidir. Dayim oglunun 7 yaşi var. Russiyanin Krasnodar şəhərində yaşayir. Baxçani və məktəbə hazirliği yeni qurtarib. O getdiyi baxca çox gözəl və əla təmirli bir baxcadir. Orada uşaqlara nəyin ki yemə-içmək verirlər, hətta üzməyi, rəsim çəkməyi, mahni oxumaği və rəqs etməyi öyrədirdilər. Azərbajcanda belə bir şeylər varsa çox yaxşi, yox əgər yoxdursa onda bununla bağli birşeylər etmək lazimdir. Əgər belə bir fikirə gəlib çixsan sənə yardimci olmaq üçün əlimdən gələni edərəm. TOGRUL.

  5. Postuna soz yoxdu..elaa…pis gunde olan tekce baxca deyil,icinde ki muellimler de baxca kimi urek acan deyil..ora gelen uwaglarin heresi bir bawqa cur muhitden,evden gelir..biri diger yoldawina evde gorduyu nalayiq hereketi,vee ya ewitdiyi sozu oyredende ordaki muellimlerin buna hec bir reaksiyasi olmur..yatmag,yemek istemiyen uwaglari zorla buna mecbur etmek…buda bawqa cur coox boyuk ayib..mence baxcalarin esasli temirle yanawi,yeni,cavan iwcilerede ehtiyaci var..

    1. Beli men temir dedikde hem muellim kollektibvini hem de divarlarini yenilemek lazimdir.Oxuduğun və şərh yazdığın üçün sağ ol!

  6. men bu baxcaya qetmishem…27 il qabaq. Hele indiki kimi yadimdadir.. Cox yaxshi xatireler qalmishdi kecmishden. Nedense bu binanin mohteshemliyini indi de ele o vaxtlar kimi tesevvur edirdim. Buranin qapilarindan cox nesiller kecib. Heyif.. cox heyif ((

  7. Yaxshi movzudur Tural eline saqliq Sukani bele saxla. Qorxmaz ve metin ol. Cemiyyetin problemlerini uze chxiarib yaymaq lazimdir ki aidiyyati qurumlar yatdiqlari yerden chixsinlar ve onlara tapshirilan vezifenin ohdesinden vicdanla gelsinler.
    Amma bizlerde bashqa dushunce var. Bir problemi qabardirsansa deyirler ayibdir niye yayirsan, bilmeyenler de baxib deyer ki bunlarin gunne bax. Bu dushunce deyishmedikce cemiyyetde bele bagchalar ve bele mesuliyyetsiz aidiiyyati qurumlar chox olacaq.

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s