“Azərbaycan Mentalitet Konstitusiyası”-II hissə(mentalitet və oğlanlar)

Bəli bu mövzunun ikinci yazısı.Və birinci yazıya həqiqətən böyük maraq olmuşdu.Əvvəl oxucularıma bu marağa görə təşəkkür edirəm.Daha sonra fikirləşdim ki,niyə də yalnız qızların problemlərindən yazım.Axı mentalitetdən oğlanlarda əziyyət çəkir.Biri mən özüm.Tez-tez bu milli özünüdərk-mentalitet mənim əl-ayağımı bağlayır.Və mən bilirəm ki,çox oğlanda mentalitetden əziyyət çəkir.Bəzi insanlar fikirləşir ki,oğlan ən azad varlıqdır.Ürəyi istəyəndə gedir,ürəyi istəyəndə gəlir.Harada istəsə orda oturur,nə istəsə  geyinə bilir.Bəli düz olan tərəflərdə var.Amma hər şey bu qədər bəsit deyil.Oğlanlarında üzləşdiyi problemlər  var. “Azərbaycan Mentalitet Konstitusiyası”nın” Oğlan Qanunları” bölməsində belə bəndlər də var:

1.Azərbaycanda oğlanlar şort geyə bilməz.

2.Hər hansı bir oğlan yolda gedən zaman qulaqcıqda musiqiyə qulaq asırsa və ya eynək taxıbsa ona yeni bir titul verilir-“Ədabaz”.

3.Hamı bilir ki,siqaret insan orqanizminə ziyandır.Amma mənim yaşadığım yerdə siqaret çəkməyən oğlan əsl oğlan olmur(bunu  izah edəcəm).

4.Oğlanlar uzun nisbətən saç saxlaya bilməzşDüzdür bu o qədər də yaxşı deyil amma hər kəsin şəxsi fikri var və bizdə buna hörmət etməliyik.

Və i.a.Hə indi gəlim III bəndə…Təbii ki,başıma gələn bir hadisəylə bağlıdır.1-2 həftə bundan əvvəl bir dostumla “Füzuli parkı” adlı parkda skamyada oturmuşduq.Mənim dostum çox canayaxın bir insandır.Elə buna görə də səhərdən bizi baxışlarıyla döyən “qoca dayı” dostumu çağırdı.Məndə istəmədən  olsa belə onların danışığına qulaq asdım.Həmin o “qoca dayı” mənim dostumu hərəkətlərinə görə tənqid edirdi.Kobudcasına desəm danlayırdı.Dostum isə nəzakətinə sığınıb heç nə demədən yanıma gəldi.Və oturmağa davam etdik.Sonra o” qoca dayı” yanında oturan 16-20 yaşı olan uşaqların siqaret çəkməsinə elə ləzzətlə baxırdı ki…Hələ o uşaqlardan birinin siqaretini də yandırdı.Fikirləşin də “Dünyagörmüş” bir insan 16 yaşlı yeniyetmənin siqaretini yandırır.Halbuki o mənim dostumu yox,o yeniyetməni danlamalı idi.Bu cür mü yetişəcək  Azərbaycan gənci???

Və başqa bir hadisə…Mən özüm fəal Facebook istifadəçisiyəm.Bir gün bir səhifədə belə bir yazı oxudum:

“Yaxşı kişi qapını ayağı ilə açar.Çünki onun bir əlində həyat yoldaşı üçün gül, digər əlindədə şokolad qutusu olar.”Mən bu yazını çox bəyəndim.Amma orda bir şərh diqqətimi cəlb etdi. Şərh belə idi:

“Bizdə elələrinə kişi yox kişiciyəz deyirlər.”

Axı niyə belə fikirləşirik.Əgər bir insan öz həyat yoldaşına qarşı bir az diqqətli olsa məgər pis olar?Ətrafdakıları dəyərləndirən insanlara niyə belə ləqəblər qoşur bəziləri?Belə diqqətli insanlara “kişiciyəz” yox əsl kişi demək lazımdır.Mən belə düşünürəm.

Bəli buda “Oğlanlar və Mentalitet” haqqında düşüncələrim…Təbii ki yazılası o qədər şey var ki,amma bu qədər bəsdir… =)

Advertisements

10 comments

  1. Mentalitet(fr.Mentalité, al.Mentalität, mentalis sözündən əməllə gəlib əqli, psixi mənasına gəlir)- sosial cəmiyyətin müəyyən periodla qurulmuş qayda-qanunlardır.. Yəni demək istədiyim odur ki, mentaliteti tam ləgvi anarxiyaya gətirə bilər. Bizim cəmiyyətin çürük qanunlar dəyişilsə, mentalitetdə yaxşı tərəfə dəyişər.

  2. VAy vay. Mən də deyirəm bircə qızlarda var cəmiyyət tərəfindən mənasız yerə böyüdülən problemlər. Oğlarlarda da az deyilmiş gördüyüm qədəri ilə… Sizə də Allah kömək olsun daha nə deyim 😦

  3. Duz qeyd eledin , bele cixir ki biz edebazin yekesiyik , hormetsizik , qisaca etraf muhite zerer veririk. ” Nedir bu oglanlarin cektiyi ?” mentalitetinmi var , derdin var

  4. Hm, görürəm ki, şəhərdən şəhərə fərq var. Şəkidə mentalitet dəhşətdi. Ürəyim sıxılırdı ona görə həmişə oralarda.
    Amma məsələn, Mingəçevir çox tez dəyişir. Xalam oğlu Mingəçevirdı 5 il olmayıb, indi qayıdıb – şokdadı. Deyir ki, o gedəndə belə deyildi: oğlan hara, dar şalvar hara?! Amma indi adi bir haldı. Şəki kimi yerlərdə, balaca şəhərlərdə bunu dəyişmək hələ çooox çətin olacaq.

    1. Bəli tam raziyam.Umumiyyətlə bu mentalitet deyilən zad cox cətin bi zaddir..oxudugun və rəy bildirdiyin ucun coox sag ol 🙂

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s