“Şəhər və Zibil”( Və nəhayət ki,nəticə gördüm!)

Bəli bu postumda “Şəhər və Zibil” anlayışından danışmaq istəyirəm.Deməli belə mənim şəhərimin ya zibillə arası çox yaxşıdır ya da çox pis.Hələdə dəqiqləşdirə bilməmişəm.Çünki yalnız və yalnız mənim Şəhərimdə qadağan olunan yerlərə zibil atmalısan!Şəhərdə elə məkanlar var ki,ağacın üstünə belə bir lövhə asıblar :” Bura zibil atan 550 manat Cərimə olunacaq!”.Və camaat elə bil ki,bu sözün acığına oralara zibil atırlar. Deməli belə başlayaq lap əvvəldən…Hər bir şey əvvəldən başlayır.Camaatın əlindəkini yerlərə atmasından.Hələ elə vaxtlar olur ki,əlimdə nəsə bir şey bütün şəhəri firlanıram ki,nə var-nə var bir “Zibil qabı” tapım.Və elə vaxtlarda mən dəqiq bilirəm ki, “Zibil qabı” necə qiymətlidir.Sondada tapıram.Amma haralarda?Ən çox marketlərin(bəzi marketlərin) qabağında tapıram.Bəlkə buda alıcı qazanmaq üçündür?Amma nə dəxli ən əsası var.Və “istəyən” istifadə edə bilir.Düzdü camaat bir az qəribə baxır ki,buna nə olub əlində zibil fırlanır.Amma həmin adamlara demək lazımdır ki,axı səkilər,parklar,yaşıllıqlar zibil atmaq üçün deyil.Onlar şəhəri gözəlləşdirən,şəhəri əsl şəhərə oxşadan elementlərdir.Bəlkə də elə insanlar var ki,ən azından “Zibil qabı” belə görməyib.Nə deyim. Bu haqda heç bir fikrim yoxdu.Amma dəqiq bilirəm ki,mənim “Camaat”ım “Zibil qabı” axtarmaqdansa,elə yerə atmağı daha üstün tutur.Bu mənim fikrim.Əlbəttə istisnalar var.Amma elə azdır ki…Və bəzən belə insanların turistlərə baxmasından danışmaq belə istəmirəm.Elə təəccüblə baxırlar ki.Sanki zibili qabına atmaq yanlışdır.Bu belədir məgər? Məncə yox.Turistlər bilmir əllərindəki zibili atmaq üçün yer axtarsın yoxsa camaatın onlara niyə təəccüblə baxdığının səbəbini öyrənsin.Axı onlar belə mühitdən gəlməyiblər.Amma biz o mühiti yaratmalıyıq. Bəli zibil maşınları qayda ilə işləyir.Və çox adamda bütün bu qarışıqlığın səbəbini “Zibil maşın”larında görürlər.Amma insanlardanda çox şey asılıdır.Əgər insanlar ətrafa qarşı bir az diqqətli olsa yaxşı olar.Və ən əsası çaylardır ki,burdada Maşallah zibil əlindən tərpənmək olmur.Sanki çayda su yox zibil olmalıdır.Və həqiqətən çaylarımızda zibildən başqa heç nə yoxdu.Bəli bu acınacaqlıdır amma belədir.Çox təəssüf ki,mənim camaatımın çaya zibil atmaqla arası xoşdur.

İndi gəlim postumun adındakı mötərizə daxilindəki yazıya.Deməli belə bu gün yolla gedəndə bir” Tikinti Materialları” satan yerin qarşısında “balaca” həqiqətən balaca bir “Zibil qab”ı gördüm.Və insanların bundan çox fəal istifadəsi məni qürurlandırdı.Və ianıram ki,bu “balaca” zibil qabı böyük bir dəyişikliyə səbəb olacaq .=)

Advertisements

4 comments

  1. Dogurdanda gorunurki , adice balaca zibil qabinnan necede feal istifade edirler , demeli bundan heryerde olsa , Sheherimiz ideal olar. Mence

  2. dogurdana adice yenilik olanda , ondan feal istifade olunur. Gor indi sheherin her yerinde bundan olsa , Sheherde ideal olar.

  3. sənlə tam razıyam Tural. Bu postdan bir dənə də mən yazmışam. Gö vəziyyət nə dərəcədə acınacağlıdı ki, blogçular hər dəfə bu mövzuya üz tutur. Harasa müraciət dəı edəndə səni borclu çıxardırlar ki, biz təmizləyiik özünüz zibilləyirsiz, nəysə…

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s