Axı pul hər şey deyil ?! Bir qanun kimi…

Deməli belə.əslində bu postun adı,mövzusu tam fərqli idi…Yəni başqa cür yazasıydım amma fikirləşdim ki,əgər digər mövzudam yazsaydım adı ilə mövzu üst-üstə düşməyəcəkdi.Ona görə də dəyişdim…Keçim mövzuma…

Axı pul nədir ?  Yox mənə əslində pulun nə olduğu lazım deyil sadəcə gəlin pulun bizim həyatımızdakı rolunu nəzər yetirək.Hal-hazırda kimə desən ki,pul heç nədir.Deyəcək “Sən dəlisən ya nə ? Pulsuz yaşayamı bilərsən ?”Bəs yaxşı niyə mən pulu belə dəyərli bir zad kimi görməliyəm ? Bir az daha dərinə…

İndiki dövrdə pul 7-dən 70-ə hamının həyatındakı ən önəmli şeydir.Balaca uşaqda,qocada yalnız bir zaddan –pulun azlığından şikayətlənir.Nəyə yarayır pul ?

Təbii ki sadə olaraq izah etməyəcəm.bir qanun kimi J

1.Pulun varsa,sənin hörmətin çoxdan var.Sən hörmətlisən axı !…

2.Pulun varsa oxumağa ehtiyac yoxdur sən anadan gəlmə hər şeyi bilirsən…

3.Pulun varsa hamı sənə qızını verəcək.Axı sən “idealsan”…

4.Pulun olub boş-boş fırlansanda sən yenə ən “ağıllısan”….

5.Pulun varsa sənə hamı sirdaşlıq edəcək…Sən ən yaxın dost olacan…

Indi bacardığım                 qədər izah edim bəndləri…

1-      Bəli indiki dövrdə pul hörmət deməkdir.Səbəbsiz hörmət.Kim deyirki bu belə deyil bilin ki,yalandır.

2-      Bəli pulun varsa nə qayiblərin nəzərə alınacaq,nə qiymətlərin aşağı olmayacaq,nə hər rübün axırı qiymət dərdə çəkməyəcən,nə 5 gün dərsə getmeyen kimi protokol yazmayacan və s.əgər pulun varsa sən 10cu sinifdən atestatını ala,hətta məktəbi bitirəndən sonra “vaxt tapıb” universitetə də gedə bilərsən.İstəsən təbii ki…

3-      Tutalım ki,”papa balasısan”.onda bütün “mamalar” öz qızlarını sənə gözü yumulu verəcək.Narkomansan? Dərd deyil düzələr…Sən ağıllısan axı…Çünki sənin bir gecəlik hotel gecən kasıbın qazandığı puldan daha “maraqlı” gəlir.( İfadəmə görə üzr istəyirəm ).Analar hamısı bütün “mentaliteti” çeynəyəcək.

4-      Pulun var ?! Maşınında ?! Ooo sən nə “ağıllısan”…Bax onda bütün qızlar sənə baxacaq.Hamı sənin atandan ee özündən danışacaq..Səhvə yol verdim də…

5-       Və ən əsası sən ən əla dostsan.Sən ən əsası kişisən və sözünə qulaq asılır.Sən Gələcəyin bir nömrəli əri olacan..Bir də dəyərli insanı…

Bəs yaxşı namuslular üçün nədir pul ? Alın təri,zəhmət,yuxusuz gecələr,zorla verilən ağır imtahanlar…Bir sözlə bu dövrün “qruşası”…

Bax budur pul.Sadəcə budur…”Əl çirkidir” dediyimiz şey əslində “inasanı” insan edənmiş biz bilmirmişik… Bir sözlə pulun varsa sən Adamsan e adam…Bəs siz nə düşünürsünüz ?

P.S : Əlbəttə pulu olub amma əziyyət çəkənlərdə var.İstisnalar həmişə mövcuddur…Halal olsun elələrinə…

Advertisements

4 comments

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s