Oğlansansa…Deyilsənsə oxu və ol !

Deməli belə…Tənqidi xarakterli yazılar silsiləmin növbəti yazısı “Oğlansansa…” ..Nisbətən daha sərt olsa da,amma məncə maraqlı post olacaq.Əvvəldən qeyd edim ki,bu yazıda yaradacağım insan xarakterini qətiyyən eyniləşdirmirəm.Tamamilə fərdidir.Yəni hamıya aid deyil…Deməli keçək mövzuya…

Təbii ki bəndlərlə yazacam 🙂 Onda başladıq :

Bildiyiniz kimi Azərbaycanda “oğlan” kəlməsi çox fərqli deyilir,ancaq olduqca da fərqli anlaşılır.Nədir Azərbaycanda oğlan olmaq ? Bir az açmaq istəyirəm mövzunu…Nədir “oğlan” ? Və o necə davranmalıdır ?  :

  1. Oğlansansa,siqaret çəkməlisən.
  2. Oğlansansa,qızların gözü qabağında sinif yoldaşını alçaltmalısan …
  3. Oğlansansa,istənilən qıza söz atmalısan…
  4. Oğlansansa,səni sevməyən qızın dalınca “ağlına gələni” danışmalısan…
  5. Oğlansansa,sosial şəbəkələrdən “qız tutmaq” üçün istifadə etməlisən…
  6. Oğlansansa,1-2 dərman atıb,iki  dəfə “Bodybuilding”ə gedib bədən yığandan sonra “sən deyəndir”…
  7. Oğlansansa,hər davada kimisə “bağlamalısan”…Oğlansansa,sən müəllimlərə hörmətsizlik et”məli”sən…
  8. Sevdiyin qıza sevgini damar kəsməklə göstərməlisən…

Belə…Çox təəssüf ki,indiki cəmiyyətdə oğlan olmaq bu qədər “alçaq” bəndlərdən gəlir.Əgər bir qıza hörmət edirsənsə,sən oğlan deyilsən.Əgər  adam kimi dərs oxuyursansa,sən ya “filosof”san ya da “inək”sən.Əgər dərsdən qaçmırsansa,sən şagirdsən bəyəm ? Əgər 3 qızı eyni anda “fırlatmadınsa” day nə oğlanlıq.

Amma…Bu işin bir əmması da var…bax belə oğlanlar bir şeyi əla bacarır.”72-lik” üçün yarananlardır bu oğlanlar…Nə deyim valla gör mənim gəncliyim kimə “oğlan” deyir.Beləliklə gələcəyimizin “kişiləri” belə yetişir.Gedim ağzımı yaxalayım… 🙂 Belələrinin oğlan adlandırıldığı bir cəmiyyətdə belə olmayanlar nə adlanır ? İnanın ki,bilmirəm.Bu qrupa daxil deyiləm çünki…

Əlavədə heç zad demirəm indi siz deyin nədir mövqeniz ?

Advertisements

8 comments

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s