Avropalaşmağın bu boyuda var ?! …

Deməli belə.Bu günlərdə yaman “İlham pəri”m məni sevir.Bir qıraqdan post gəlir.Və təbii ki də yazıram.İlk öncə bundan əvvəlki postum öz rekordumu ( bir günə 49 baxış) qırdı.52 baxışla…Bütün oxucularıma öz təşəkkürümü bildirirəm.deməli keçək mövzuya.Əslində bu postun real şəkli olmasının istərdim ama “pərim” axşam gəldi deyə şəkil alınmadı.Amma əsas fikirdir məncə. 🙂

Deməli bu postumun konkret 2 fərqli mövzusu var.Buna görə də bu postum ikihissəlidir.Postlarımda elə bilməyin ki,xalqımı filan pisləyirəm əsla sadəcə “mənasızlıqları” yazıram.Birinci mövzum :“Bankomat”lardan olacaq.

Başlayaq.Postumu yazmağımın səbəbi 2 saat sırada gözləməyim və gördüklərimdir.Azərbaycanda “Bankomat” dedikdə nə başa düşülür ? Bu sualın cavabı soruşacağınız insanın yaşından asılıdır.Qoca birinindən soruşsaq deyəcək ki,pul verən maşın.Cavandan soruşsan isə deyəcək ki,yeni nəslin,dövrün ən lazımlı zadı.Gördüyünüz kimi fikirlər fərqlidir amma hər kəsin ortaq bir nöqtəsi var.”Mədəniyyət” sahəsində nə böyüyü bir zad bilir,nədə ki balacası..Daha aydın :

Tutalım ki,getdin və gördün ki,sıra var.Normal olaraq səndə gedib ən axırda dayanmalısan.Və gedib soruşursanda.”Uzun” müddətli axtarışlardan sonra axırıncı şəxsi tapırsan.Hə başladıq dayanmağa.Düzdü yorucudur amma eləməlisən.Mənliyin varsa,insan kimi dayan”mali”san.Nəsə bir müddət sonra görürsən ki,”insan” tixacı yaranıb.Səbəbi isə hansısa xala bura gəlməzdən əvvəl bütün qonşularının evində olub sonra. 🙂

Nəsə bu “xala” getdi.Ədə bir dayı gəldi.Heç sırada filan dayanmayıb ama hardansa gəldi aldı və getdi.indi neyləyəsən sən burda ölürsən o isə gəlir və sadəcə “alır”.

Hələ biri var ümumiyyətlə gəldi kartını kiməsə “soxuşdurdu” və “aldı”.Yaxşı nə fərqim var mənim o “dayıdan”.Hə fərqim var onun qarnı kimi qarnım yoxdu ama ən azından kiçik qaydalara əməl edib “adam” kimi sırada dayanıram.Hələ “Səhər gəlmışdım sora getdim indi mən o kişidən əvvələm” deyənlər va.Ay “dayı” mənə nə axı.Mən bu yaşımla sıra gözləyə bilirəm sən yox ? (Bağışla qarnın yadımdan şıxdı ).Bunlar bir kənara o sırada elə insanlar olur ki, hamısı “filosof”.Elə hərəkət edirlər ki,sanki,bankomatı bunlar ixtira edib.”Yaşıl” ışığı gözlə,kartı götür,sıranı pozma.Və adam öz kartınıda salanda elə həyəcanlanır ki,mən heç imtahanlarda belə həyəcanlı olmuram.Əlim-ayağım dolaşır bir-birinə.Və əksər hallarda da səhv edirəm nəyisə.

İnsanları da çox qınamaq olmur.Bu boyda şəhərə 3 bankomat ağlamalı zaddı.

Gələk “Avropalaşmaqla” əlaqəsinə…Danışanda “ağzımıza çullu dovşan sığışmır.Elə hey deyirik : Biz avropalaşırıq ?! Budurmu avropalaşmaq.Valla mən hələ yaxşı bir tərəfini görmədim avroplaşmağın.Bəli dəyiıir texnikalar,sistem ama düşüncələrimiz elə “hodu ki ho”…Bu qədər.İkinci hissəyə qədər  🙂

P.S Sizdə də belə hisslər olur ? Mənim fikrimcə bu “mədəniyyətsizliyin” avropalaşmış dəyişimidir.Bəs sizcə ?

Advertisements

8 comments

  1. Əslində, sıra bankomatdan pul alan insandan 2-3 metr aralı formalaşmağa başlamalıdır. SIRA deyirəm ha, sürü yox. Pul da gərək bankomatda həmişə olsun. İstədiyi vaxt millət pulunu ala bilsin. Guya hamının əlinə kart veriblər (pis çıxmasın) ki, sistem asanlaşsın ya da sadəcə müasir görünək. Və budur, hər şey göz önündə. Azərbaycansayağı görülən iş belə olar. Sonra dünya güləndə, qoy heç kəs deməsin ki, axı nə etmişəm. Elə səbəb də ondadır – heç nə etməmisən. Düzələsi zibil deyil, əşşii…

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s