Avropalaşmağın bu boyu da var ?!…( “Bus is basabas” )

Bu da postumun ikinci hissəsi.Bəli ad bir az fəqlidir.”Bus is basabas”.Yəni adından da aydın olduğu kimi avtobuslardan danışacam.Konkret “qeyri-adi”liklərdən danışacam.Normal avtobuslar insanları bir yerdən bir yerə aparır.Ama biz tərəflərdə avtobusların daha fərqli yolları var.Keçim mövzuya :

Bəli avtobuslar …Bəzən harasa səni tez aparır,bəzən tıxaca düşür və gecikirsən .Amma onlar ən çox işlətdiyimiz nəqliyat vasitəsidir.Mən bir şagird kimi şəxsən avtobuslardan intensiv istifadə edirəm.Amma bəzən özüm özümə nifrət edə bilirəm.Yaxşı bəs nələri öyrədir bizə avtobuslar ?

Mehribanlaşmağı… 🙂 Bəli bizə mehribanlığı öyrədir.Məsələn minmisən avtobusa və oturdun.təbii ki sadə gələn “oturmağı” belə çətinliklə edirsən.Nəsə.Bir müddət sonra içəridə “çaxnaşma” olduğunu görürsən.Və bəli millət ayaq üstədir.Və “konduktor” mehribanlaşaq,mehribanlaşaq deyərək camaatı bir-bir içəri dəvət edir.İnsanlarda sanki “yeyiləsi” qoz tökülür bir qıraq gəlirlər.Nəysə bir təhər qalxıb yer verirsən.Və yer verdiyin biri sənə elə baxır ki,”dəymişin dura-dura kalın tökülür” 🙂

Hələ bir əlində çantan olsun.Sən artıq canlı ölüsən.Hələ də bir dalda otursan deməlisən düşmək üçün əməlli vaxt sərf edəcən. Deyrəm “konduktor”luq özü yaman bacarıq tələb edir .Elələri olur ki,adamı zorla avtobusa soxur.”Ay bacı orda yer var”,”Sıxlaşaq”,”Mehriban olaq” kimi sözlər eşidə bilirsən hər “konduktor”dan.bu “mehribanlaşmağın” ucbatından artıq şəhərdə hamı mənə salam verir.Soruşanda hardan tanıyıram səni deyirlər ki:

Sənlə avtobusda mehriban olmuşuq axı. 🙂

Amma bir az fərqli mövqedən baxaq.Nə sürücüləri,nə də sərnişinləri qınamaq olmur.Sürücü köhnə maşınla iıləyir,sərnişinsə layiqincə xidmət.Fərqlisi odur ki,heç bir tərəf bir-birini anlamaq istəmir.”Göz dəyməsin” elə sürücülərimiz var ki,bilmirsən kartof daşıyır ya adam ? Hələ sərnişin davası yaranır bax onda elə bil altındakı “reaktiv təyyarədir”.

İndi siz deyin hansı tərəf haqlıdır ? Məncə heç biri …

 

Advertisements

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s