Kağızlar üstündə…

Bəli bu postumu təzə “gördüyüm” üçün yazıram.Sakit bir musiqi və başlayaq.İlk öncə bütün oxucularıma dərin minnətdarlığımı bildirirəm.Yazdığımız post yüksək rəğbətlə qarşılandı.Bir bloger üçün bir posta 61 baxış inanılmazdır.Ən azından belə düşünürəm mən.İndi niyə belə bir ad ? Ən başdan :

Anadan oluruq.Hələ çox balacayıq.Hər kəsə möhtacıq.Ana,atamızın qayğısına ehtiyacımız var.Və bizi ilk təsdiq edən də qısa bir müddət sonra aldığımız “yaş kağızıdır”.Təsəvvür edin balaca bir uşağı təsdiqləyən bir balaca kağızdır.

Böyüyürük və məktəb həyatımız başlayır.Və əvvəl sevirik oxumağı sonra isə artıq yoruluruq.Bəli 11 il oxuyuruq ki,sonda bir attestat kağızı alaq…

Deyək ki,aldıq.Və daha sonra o kağız parçasını da aparırıq istədiyimiz universitetə…Və zorla,yuxusuz gecələrdə oyaq qalıb oxuyuruq ki,universitetə girib “kağız” parçası – diplom alaq.

Deyək ki,Allahın xöşbəxt quluyuq və hər şey olub bitir.Hətta əsgərlikdəndə bir “kağız”la qayıdırsan.

Və başlayırsan işləməyə.Hər şey yolundadır.Hər şey əla gedir və sənən balaca bir kart – yəni kağızdan hazırlanan bir şey verirlər.Nəsə o kart vasitəsilə bir maşından pul – kağız alırsan.

Daha sonra evlənirsən.Və bunu,sevdiyinlə əlaqəni də bir kağız təsdiqləyir.Sonra sənin də uşaqların olur onlar da sən yaşayan ssenarini yaşayırlar.

Ən sonda ölürsən.Və nəhayət sənin ölümünü də bir kağız təsdiqləyir.İndi deyin hər birimizin həyatı kağızlar üzərində qurulmayıbmı  ?Bütün həyatımızı kağızlara həsr edirik,onları qazanmaq istəyitrik.Və onların uğrunda uğurlar qazanırıq.Səfehcəsinə səslənir hə ? Bu qanundur ya nə bilmirəm.Amma nədirsə qanundan da güclü işləyir.

Advertisements

6 comments

  1. Yaş kağızı ilə 11 illik atestat arasında “Şəxsiyyət vəsiqəsi”ni unutdun… O kağız parçası da kimliyimizi təsdiqləyir… 🙂
    O ki qaldı suala: Mənim üçün həyatım kağız parçasından ibarət deyil. O kağız parçaları başqalarına təsdiq üçün lazımdırsa, mənə növbəti mərhələnin yaşıl işığı kimidir. Və hər kağız parçasına qədər ki yolda öyrəndiklərim isə həyatımı mənalandırır, dolğunlaşdırır və öyrədir…

  2. bu postu ozuyanda sene haqq vermek olur.ama derinnen fikirlewende mence bele deyil.cunki bi eslinde bawinnan veri o kagiz parcalarini almaq ucun caiwmiriq ki,daha yaxwi yawiya bilek deye caliwiriq ve o kagiz parcalari sadece bir vasitedi..duzdu ”bezileri” bu kagiz parcalarini coox boyudurler.ama ne boda istiyir olsu,ne yazilir ustunde yazilsin deyerini deyiwme o sadece kagiz parcasidi..heyati deyer eden calilarda,kagiz parcasi kimi cisimler yoox mence..posta gore twkk))

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s