Həyəcan təbili…

Bəli  həmişəki  kimi uzun müddətli bir ayrılıq oldu.Yəni problemlər filan oldu nəsə.İstəyirəm mövzuma keçim.

Hamı yaxşı bilir ki,bu il qış Azərbaycanda fərqli keçdi.Daha sərt oldu.Və heç kim deyə bilməz ki,mən belə havalardan “tam” ləzzət alıram.Bəli mənim də xoşuma gəlir qarlı havalar ama sonra olacaq problemləri də unutmuram.Və nədənsə mən həmişə istəyirəm ki,bu qorxularım yersiz olsun ama olmur.Və qar yağdıqdan bir az sonra artıq hiss edirəm ki,fəsadlar olacaq mütləq.

Bəli oldu.Ama bu qədər gözləmirdim inanın.Mənim məktəbin şəhərdə fərqlənən bir məktəbdir.Və fərqləndidə…Məktəbin iki korpusunu bağlayan keçidin damı köçdü.İlk əvvəl hamı məktəbin məhv olduğunu düşündü ama elə deyildi.Sadəcə “damı çökürdü”.

Və bəli bu postumda nəinki damdan həm də bəzi mətləblərdən danışmaq istəyirəm.Məsələn 1 həftə bundan əvvəl sinif rəhbərim sinifə girib : Uşaqlar 1 manatdan pul yığmalıyıq…Səbəb ? Yox süpürgə pulu deyildi sadəcə pəhləvan üçün pul yığırdıq.Və məndə razılaşmayıb pulu verməyəcəyimi dedim.Bunun deməmlə bərabər mənim arxivdən qayib dosyalarım çıxdı ki,ya pulu gətir ya da “spravka”.Və “spravka” ilə maraqlananda mənə dedilər ki,bu sənəd bir günlük olmur və əgər səndən bunu vaxtında almayıblarsa deməli nəsə “fırıldaq” var.Nəsə bu pulu bizdən döyə-döyə aldılar.Və anladım ki,mənim itib batan qayiblərimi gizlədəndə ən böyük səhvi ediblər nəsə…Bu məntiqlə yanaşsaq mənim atam gərək pəhləvanın bütün ailəsini dolandırsın ?! Yada ki mənim atam pəhləvana filan faiz verməlidir.Belə çıxır valla.Təbii ki əgər o pulun hamısı pəhləvana çatırsa…

Bir müddət sonra isə yenidən məktəbdə “həyəcan zəngi” olacağı açıqlandı. Düşünün indi mən hər dəfə aşağı düşəndə o damın başıma töküləcəyindən qorxuram bunlarsa həyəcan təbili çalır.Yaxşı lap deyək ki,razıyam sizlə.Axı mənim sınıq damım məni öldürmək uzrədir.Onu düzəldin sonra təbil çalaq.Və mən müdiriyyəti filan da qınamıram. ( süpürgə,lampa pulları xaric ) Onlarda çalışırlar ama olduqca azdır bu səy bir məktəb üçün.Artıq müəllim psixologiyasında yalnız uşağın “düz” olması lazımdır.Bir də məktəbə eyni münasibət olsa necə də gözəl olar.

Bu boyda problemləri qoyaq bir kənara və təbili gözləyək.Sanki zəlzələ məqamında elə sakit olur hamı.İşdi zəlzələ olsa,məktəb özü bizi öldürücək.Başqa kənar təsirə ehtiyac yoxdur.

İndi siz deyin təbildir önəmlisi ya məni öldürə biləcək “dam” ?

Advertisements

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s