Yenə uzun müddət idi ki,heç nə yazmırdım.İnşAllah yayda daha aktiv olacaq blogum.Amma indi dərslərə görə çoxda aktiv ola bilmirəm.Nəsə.Bugünki mövzum az-çox adından özünü ifşa edir.Bugün Facebook”dan danışacam.Yox tarixindən,ya da nəyə yaradığından yox sadəcə Azərbaycanda niyə və nə səbəblə istifadə olunduğunu açmaq istəyirəm.Bəli uzun-uzadı danışmaq olar “Nədir Facebook?” sualı haqqında.Amma əgər siz indi bu postu oxuyursunuzsa,deməli Facebook”un nə olduğunu bilirsiniz.Keçim mövzuya :
Bir avroplaşmaq tendensiyasıdır son zamanlar dəbdə…Və bu bizim millətdə əla alınır.Səbəbini bilmirəm vallah 😀 Və normal olaraq öz istifadəçilərimizlə qərb istifadəçilərini müqayisə etmək istəyirəm.Bəndlərlə :
- Qərbdə əsl adın “Mike”dırsa Facebook profilindəki adında “Mike Adams” filan olacaq.Azərbaycanda əsl adı Kazım olan insan adını “Blatnoy Mujik” qoyur.
- Qərbdə bir səhifə açılır.Və dərin mənalı bir səhifə olur 99%…Azərbaycanda açılan səhifələrin adları isə : “Xod gedən qarışqa”,ya da “Əəə sən niyə ölmürsən?”.
- Məsələn orda bir adam profil açıb 2000-3000 dost yığıb onu səhifəyə çevirmir.Bizimkilərdə isə maşallah bir adamın 10 “fake” profili olur.
Yalnız Azərbaycan istifadəçiləri(oğlan istifadəçilər) qız adıyla profil açıb qız tuturlar.Bununla fəxr belə edənlər var.Ya da yalnız azəri Facebook istifadəçıləri “Beynəlxalq təg günü” ,ya da “Like dilənmək günü” kimi bayramlar yaradıblar.
Bir tərəfdən də demək istəyirəm ki,Facebook səni həyat dəftərin zad deyil…Elə userlər var ki,hər qarşılaşdıqlarını bura yazırlar.Məsələn : “Pişik asqırdı”,ya da “Ayağıma daş dəydi” və s.Yaxşı ki,başqa şeyləri yazmırlar 😀
Bəli nə qədər gülməli olsa da belədir.Açılan səhifələr “blat” üçün,profillər səhifələr üçün…Konkurslar əlavə user yığmaq üçün…Sanki Facebook Sosial platforma yox “bardaqxanadır”.Hələ də əgər sən hansısa “qaqaşın” statusunda “!” ilə danışsan tez nömrə verilir və söhbət real aləmə daşınır.Bəzən də sonu heç yaxşı olmur.
Əgər Mark bilsəydi ki,azərbaycanlılar onun şəbəkəsini belə vəziyyətə salacaq heç bu platformanı yaratmazdı…Nə bilsin ki yazıq 😀
Bir sözlə bir zamanlar Face sadəcə “book” idi,indi isə “Face” sadəcə “pook”dur…Xoş commentlərlə dolu günlər arzulayıram…Çalışın Facebookdan istifadə edin Facepookdan yox 😀
Hörmətlə : Tural Vəliyev
“Hal-hazırda M.Məmmədov küçəsində yerləşən evimizin həyətinin aşağısındakı tualetdəyəm” 😀
hemise bele 😀 davamini da getir 😀
belə baxanda sosiallaşmanın nə olduğunu bilməyənlər sən deyənləri edirlər , digəlki sənin qeyd etdiklərindəndə biryabırçı adətlər var. sən dimişkən facenin pook-u çıxdı
Hə…Bizsə sadəcə o pook’u istifadə edirik 🙂