Döyüş CD-lərə yazılıb !

Bu postumu konkurs üçün yazacaqım ama alınmadı.Nəsə indidə yazıram və düşünürəm ki,oxuyucularımın xoşuna gələr.Və başladıq.

Bildiyiniz kimi millətimiz hər şeyi ilə fərqlidir.Qurban olaram xalqıma! Bizdə bir anlayış var : Vətənşüvən.Yəni nədir bu insan tipinin xarakteri ? :

Tutalım ki,26 Fevraldır.Vətənşüvənlər Vətən haqqında statuslar yazır,sözlər deyir.Və səhərki günsə hər şeyi unudar və normal həyata “qız tutmağa”,”damar kəsməyə” filan davam.Yəni belədir öz həyatları.Nəsə mövzum tam onlarla əlaqədar deyil…Mənim bu dəfəki mövzum həm Vətənşüvənlərlə,həm də kanalizasıyalarla bağlıdır.Və getdiy :

Postumun adı ANS televiziya və radio şirkətlər qrupunun devizidir.Yəni onların konkret bir məqsədi var : Döyüş alnımıza yazılıb ! devizinin xalqa yeritmək.Yəni bir müddətə qədər mən elə bilirdim.Ama sonradan qərarım 180 dərəcə dəyişdi.Bir gün ANS ÇMin radiosuna qulaq asdım.Sadəcə maraqlandım və qulaq asdım.Asmaz olaydım…

Devizi : Döyüş alnımıza yazılıb ! olan bir radionun verilişləri bu qədərmi vətənpərvərsizliyə çağırar insanı ?! Bəli bura Azərbyacandırsa çağırır.Hələ bir verilişləri var : “Top 40” …Musiqi verilişidir.Amma Azərbaycana məxsus olduğunu sübut etmək üçün min şahid lazımdır.Yalnız xarici musiqilər : Lady Gaga,Michael Jackson,Selena Gomezin belə mahnılarını tapmaq olur.Nə olsun ki Azərbaycan radiosudur ?! Normal qarşılamalıyıq bunu ?!

Əslində bu devizi eşidən və Çingiz Mustafayev haqqında az da olsa məlumatı olan kəs o dəqiqə bu radionun vətənpərvər olduğunu düşünər.Yəni hər gün xalq mahnıları,qəhrəmanlar haqqında məlumatlar,döyüşlər və s.Yox elə bilməyin ki,ANSin AzTV olmağını istəyirəm əsla ama bu qədər də laqeydlik olmaz axı …Ən azından devizinizdən utanın !

Hələ bir verilişləri var …Rövşanə  Bektaşi aparır…Akademiklər,professorlar onun qonağı olur.Mövzu haqqında qızğın söbət gedərkən bu çox “yaxşı” aparıcı akademikə “Siz dayanın.Reklamlara bağlanırıq.” Bu sözsə söyüşdən betərdir məncə.

Yada ki “Kökaltı” verilişi.Məgər mənim istənilən xanımımda elə səviyyəsiz zarafatlar olur ?! Yəqin hə…Mənasız fikirlər və zarafatlar.Məhz bu çox vətənpərvər kanal idi,Üzeyir Mehdizadəni öz verilişlərinə dəvət edən.Və elə “istedadı” Azərbaycanda möhkəmləndirən…

Radionu nə zaman açırsansa oxuyur “Maykl Dəngl”… 😀 Və iş orasındadır ki,qoyulan musiqilər də hamısı insan beyninin məhvi üçün hazırlanıb…Radionu aç və beyninin məhvini hiss et !

Ən azından o radio Çingiz Mustafayevin adını daşıyır.Elə igidə layiqli radio və kanal olmağa “cəhd edin”.Çalışın demirəm.Sadəcə cəhd edin…İndi siz deyin döyüş alnımıza yazılıb ya CD-lərə ?

Hörmətlə : Tural Vəliyev

Advertisements

2 comments

  1. ele sen de vetenshuvensen 🙂
    .Hələ bir verilişləri var : “Top 40″ …Musiqi verilişidir.Amma Azərbaycana məxsus olduğunu sübut etmək üçün min şahid lazımdır.Yalnız xarici musiqilər : Lady Gaga,Michael Jackson,Selena Gomezin belə mahnılarını tapmaq olur.Nə olsun ki Azərbaycan radiosudur ?! Normal qarşılamalıyıq bunu ?! (c)

    1. Siz eger postu diqqetli oxusaydiz Vetensuvenliyi Vetenseverlikle sehv salmazdiz….Zehmet olmasa diqqetli oxuyun 🙂 Oxudugunuz ve reyiniz ucun sag olun 🙂

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s