Virtual “Ekskursiya”

Heey!! =D Bugün sizin üçün post yazan Tural yox, bloqun yeni şərikli yazıçısı mən-Fatyayam. Artıq bura necə gəlib çıxdığımı, niyə bu bloqu birlikdə istifadə eləmək qərarına gəldiyimizi növbəti postda oxuyarsız inşallah!

Demək başlayım burdaki ilk postuma. Yazacaaam muzeydən.

Muzey sözünü eşidəndə birinci ağlınıza nə gəlir? Şəxsən mənim, tarixin, incəsənətin, təbiyətin və sair cəmləşdiyi bir məkan. Elədir? Hə. Və adətən muzeylərə məktəblər tərəfindən pulsuz ekskursiyalar filan təşkil olunur ki,məktəblilər həm biliklərini artırsınlar, həm də tarix dərsləri bir növ interaktiv keçsin deyə. İndi təsəvvür edin məktəblisiz və bədbəxtlikdən məktəbiniz Şəki Diyarşünaslıq muzeyinə ekskursiya təşkil edib.

Gəlirsiz. İlk baxışdan hər şey ela! Ətraf yaşıllıq, təmiz hava, gülərüz bələdçilər, amma gəlib çatırsız bu Imageeksponata və beyninizdə ilk “Bir dəqiqə….Bu nədi belə??!!”

  1. Azərbaycan dilində yeni hərf? Deyin mənə görüm, Azərbaycan dilində belə hərf var bəyəm?? Yoxsa yeni hərfdi mənim xəbərim yoxdu??

Nəysə “bu dizayner fikridi yəqin” deyib keçirsən növbəti eksponata.

Image

2. “Tutmayın düşürəm!”  “Azad fikir bildirməkdən məhrum edilən ceyran” kompozisiyası. Sadəcə şərhsiz.

Image

3. “Taptalanmış quş” kompozisiyası.Yalnız yazığ quş deyə bilərəm şərh olaraq =\.

“Bugün mənim şanslı günümdür!” deyin! Nəhayətki desertə sizin üçün:

4. “İngilis dilini su kimi içən muzey işçilərinin sənət əsəri”. Bu ki lap ƏSRİN sualıdır: “Setry yoxsa century??”

ImageBütün eksponatlar sizi qane etməlidir. Axı bura Şəki Diyarşunaslıq muzeyidir! Sonda demək istəyirəm ki hər şey bir kənara, bu il Azərbaycanın tarixi bölgələrinə o cümlədən Şəkiyə turist axınının Eurovision-la bağlı çoxalması gözlənilir. Hər halda yuxarıdaki eksponatlar Azərbaycan haqda düzgün fikir formalaşdıracaq, hansı ki təbii ki bizə sərf eləmir. Ona görədə bunları Azərbaycansayağı da olsa yığışdırsınlar.

Advertisements

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s