FlashPlakat

FlashMob….Niyə bu mövzu? Bilavasitə mənlə və ətrafımdakı yaxınlarımla bağlı olduğu üçün…Başlayaq :

Şəkidə fəaliyyət göstərən “Sheki Flashmob CLub”u bu şəhərdə flashmobların organizasiyası ilə məşğul olur.Və danılmazdır ki,bu klub Şəkidə flashmobun inkişafı üçün hər şey ediblər.Kimlərdir ən fəallar? Fərqsiz hamısı fəaldır : Efe,Vaqif,Orxan,Sabir,Adilə,Fatya və başqaları bu klubun ən fəallarıdır…Hələ iki gənc var ki,onlar bu klubun olmazsa olmazlarındandır.FəridReyhanın əziyyətlər isə,həqiqətən,əvəzsizdir…

Bu klub son olaraq 1 İyun – Uşaqların Müdafiəsi gününə aid olan və Şəkidə ilk olan Dance FlashMob hazırladılar…Və bunu həyata da keçirdilər.Amma necə oldu ? Bu sualın cavabını verəcəm,amma inid başlayım az da olsa,Flashmobdan yazım ..Nədir FlashMob ?

Əgər hərfi tərcümə etsək Flash – alışmaq,Mob- Qara camaat deməkdir…Flashmob ilk dəfə 2003cü ildə baş tutub.(Daha ətraflı ingilis dilində yazılan yazıya baxa bilərsiz).Linkdəki məlumatları qısa versəm,Flashmob insanların ani şəkildə birlikdə hər hansısa bir ictimai aktı həyata keçirməsidir.Flashmoblar nə siyası,nə də kommersiya məqsədilə olur.Sadəcə əyləncə xarakterli olur.Yəni flashmoblarda siyasət,ya da siyasi mesaj olmur.!İnsanlar tez bir zamanda bir araya gəlir və performanslarını göstərib dağılışırlar. Azərbaycandakı ən böyük Flashmobsa Madagascar Flashmobu idi.Dünya səviyyəli bir Flashmob…

Dünənki Flashmobda isə bizə tam əksi yeridilirdi…Sual yarandı necə?

Flashmob bitəndən sonra həmin şəxs dedi ki,bu bir daha təkrar olunmalıdır…Səbəb ? Açılış olmayıb.Nəsə uşaqlar yenə oynadı…Və açılış filan da oldu.Yəni hər şey istəyə uyğun…Bəs səhv nə oldu ?

1.Flashmob toy deyil ki,açılış olsun…Flashmob ictimai aktdır və onun açılışı olmur.

Sonra isə bunun müzakirəsi əsnasında aydın oldu ki,Flashmobun icazəsi Prezident Aparatı kimi yüksək yerdən alınır.

2.Sual yaranır ? Məgər Prezident Aparatı belə xırda işlərəmi baxır ? Təsəvvür edin,bu haqda məlumat belə olar : Şəkidə 10-15 gənc parkda oynadılar. Hər şey qanunlara müvafiq idi . Gülməli səslənir 😀

Daha sonra qeyd olundu ki,bu iş üçün polislər bizi qoruyub,üstəgəl yol bağlanıb.

3.1 Yol bizə görə yox quraşdırılan yeni işıqforlara görə bağlanmışdı.

3.2 Polislərsə sırf bizə görə gəlməmişdilər.Düzdü var idilər,amma onlarda bunu təsadüfən görmüş və maraqlandıqları üçün gəlmişdilər.Aralarında olan söhbətlərsə bunu tam təsdiq edə bilər.

Daha sonra bizə deyildi ki,gərək plakat qaldırardıq.

4.Bu isə əsl aksiya olardı.Və bəli buna görə bizi həbs belə edə bilərdilər.Həmin şəxs isə elə hey deyirdi ki,plakat olardı.Axı Flashmob aksiya deyil…

Nəhayət,sual verdim ki,əgər biz tez yığılışıb oyanasaydıq və sonra da dağılsaydıq bizi polis həbs edərdi.

5.Cavabsa,təbii ki,yox.Əslində belə olmalı idi…heç kimin xəbəri olmadan yığılmalı və oynanılmalıydı.Ancaq nə də olsa ,yarımçıq da olsa bacardılar uşaqlar!

Ümumiləşdirsək,Dance Flashmobunu toya çevirdilər.Bəli biz istərdik ki,belə olmasın,amma belə alındı.Ən azından biz bunu bacardıq.Fikrimcə,belə şeylərdən əvvəl biz insanlara başa salmalıyıq ki,nədir Flashmob.Ən böyük səhv isə,bu aktın aksiya və ya toy kimi başa düşülməsidir.Yenə də deyirəm,ola bilər ki,bu iş bizə Qərbdən gəlib.Amma heç bir insan,hətta səlahiyyətli insanlar belə onun tam mənasını anlaya bilməyib.Mənasını anladanlarasa : Sən çox bilirsən də hər şeyi – deyilir.Mən çox bilmirəm,sadəcə bilirəm… 😀

Fikirləriniz mənə də maraqlıdır…Buyurun.

P.S : Adını yazmadıqlarımdan üzr istəyirəm… 😀 Və xüsusi olaraq Şəki şəhər 8 saylı məktəbin 9a sinfinə və başqa sinif şagirdlərinə dərin minnətdarlıq bildirirəm…Əziyyətləri misilsiz idi.Mükəmməl idiniz uşaqlar ! Şəxsən fəxr edirəm sizlə… 🙂

Hörmətlə : Tural

Advertisements

10 comments

  1. Burda yazılan bütün sözlərlə razıyam. Mənim fikrimcə bizim flashmobda bele oldu. Biz oynadiq qutardiq sonrada bizə deyildi ki hamı səhnəyə yığılsın, və bir bir təbrik edin uşaqları. Sonrada deyin ki, bizim oynadığımız flashmob idi. Bayaq başa düşməyərək baxdınız, İndidə başa düşə-düşə baxın buyurun…
    Hötmətlə Şəki flashmob kulubunun üzvü eFe_Or

  2. Inandışım KanalS-in operatoruna oqədər qarışıq idiki, açılşa baxa bilmədim. Heyif , açılışsızda flaşmb olar ? 🙂

  3. suallara cavab yoxdu..ama bir neche sozum olacaq………….. doqurdanda bizde flashmob deyilen soz helede basha dushulmeyib.yeni oynayirlar usaqlar ama twk evezini bu ne idi eledizzzz………..ey dunyaaaaaaa……………….

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s