Axı niyə ?!

Bəli…Yaşadığımız həyatdırsa həmişə istədiyimiz olacaq deyə bi zad yoxdur.Olmayanda olmur…Ancaq hər zaman insan öz uğursuzluğuna,bədbəxtçiliyinə görə kimisə günahkar bilir.Yox deməyin ki,məndə elə deyil.Bu hamıda belədir.Necə deyirlər – “Bir qanun kimi ! “.Və bəzəndə insan hiss edər ki,itirdiklərinin ən böyük günahkarı elə özüdür.Budur mu bədbəxtçilik ? Deyərdim hə…Ancaq ən maraqlısı odur ki,hər zaman bir sual beyni gəmirər – “Axı niyə?”

Az adam tapılar ki,problemlə və ya bədbəxtçiliklə üzləşib bu sualı özünə verməsin…Bəli mən şəxsən çox vermişəm bu sualı özümə,amma nəticəsi ? Heç zad.Sadəcə itirdiklərimin üzüntüsü ilə qalmışam.Ancaq hər zamanda inanmışam ki,bir zaman təmiz qəlbli biri bu sualı özümə ünvanladığım üçün məni “tənqid” edəcək.Və öz varlığı ilə hər zadın həllinə səy göstərməmə səbəb olacaq.Və çox şükür tapmışamda elə birini…Ancaq … 😦

Bəli eyni ssenari və həyat.Nədənsə bu kəlməni sevirəm – “Həyat bizə son anda rest çəkməyi sevir.” Həqqətən də belədir.”Sağ göstərib,sol vurmaq” .Budur bütün həyat dediyimiz….Əvvəl verər,sonra heç verməmiş kimi alar.

İnanın ki,o adam sizi hər şeyə inandırar.Və əvvəllər “əsla” dediyiniz işlərə artıq “problem deyil” deyə yanaşarsız.Və bacarasız da…Ən uğursuz sandığınız işlər mükəmməl olar.Ancaq unutma ! Həyat daim “tik-tak” edər.Və sadəcə sənin ən xoşbəxt anını gözlər.Sonramı ? Sonra gələr,alar və arxasına baxmadan səni məhv edər ! Sadə,ancaq yıxıcı bir planla alt-üst olarsan.Ölərsənmi? Yox.Sürünərsən…Həyatının tək anlamı karbon xaric edib,oksigen udmaqdır.Belə sonra isə yenidən…Yox icazə verin bir kobud ifadə işlədim : “Eşşək palçığa bir dəfə batar” deyib hər sənə gülənə qəlbindən : Sənə də edəcək.Səni də həyatın resti gözləyir deyərsən.Və o adamın sevincini pozmazsan.Onsuzda həyat edəcək.Geci,tezi var…

Ancaq bu ağır sınaqların ortasında belə və bunlar qurtardıq sonra belə deyərsən özünə : Axı niyə ? İstədiyin də heç nə olmaz.Sadəcə  gec götürdüyün telefon üçün səndən nigaran birinə ehtiyyacın olar…İstəyirsən 17 ol,istəyirsən 47.Dəxli yoxdur.Ancaq həyat hər zaman öz işini görər…Necə deyərlər bu qatar getsə də,getməsə də hamımızın gedəcəyi yer birdir !

Sonrasımı ? Olsaydı məmnuniyyətlə yazardım,amma sonrası kliniki ölüm yaşayan vücudun yaşam mübarizəsidir.Ola bilər ki,komadan ayılarsan,amma hər zaman bədəninin bir yerində nəsə qalacaq.Nə təsadüfdürsə,bu xəsər həmişə ürəkdə olur.

P.S : Bu olanlar baş verən zaman yenədə həyata inad gülürsənsə,sən artıq insan yox həyata qarşı döyüşçüsən !

Postun adı Reyhan babyevanın bir postunun adı ilə eynidir.Amma mövzular fərqlidir.All right protected !

Belə sadə düşüncələrimlə qəbullandığım həyat…

Hörmətlə : Tural

Advertisements

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s