“Ata məni ona vermə!”

ImageHeey! Bugün birinci dəfə insan hüquqlarından, daha dəqiq desək qadın və uşaq hühuqlarından yazacam. Postun başlığı sizə bir cür gələ bilər, indi açıqlayım.

Demək əksər islam ölkələrində mövcud olan problemlərdən —–> Erkən nikah. Əslində istəyərdim,islam ölkələri sözünü bura əlavə etmiyim, çünki TƏMİZ “qatqısız” islam bunun əlehinədir, elə deyilmi? Bu sadəcə bazi mollalara sərf edənlərin savadsız cəmiyyətə” yeridilən”düşüncə tərzidir. Və sözsüz ki, belə hallar fanatik dindarların həyatlarının qaranlıq hissələrini aşkara çıxardır. 

Demək söz gedən ölkələrdə 9 yaşdan 15 yaşadək uşaqların və ən yaxşı halda yeniyetmələrin (onlardan ən yaxşı hallarda
10 yaş böyük olan insanlara) ərə verilməsi haqda kifayət qədər eşitmişik. İnanıram k, siz də 10 yaşında qızı ərə verən valideynlərə vəhşi kimi baxırsız. Əfsuslar olsun ki, Azərbaycanda da belə hallara rast gəlinir. Qeyd edim ki,Azərbaycan qanunvericiliyinə,əsasən nikah yaşı 18dən aşağı olmalı deyil, amma statistikaya əsasən Azərbaycanda hər 8 qadından birinin erkən yaşında ərə verildiyi bildirilir. Bəzən kiçik kəndlərdə və İrana yaxın olan ərazilərdə qızların təhsildən, məktəbdən uzaqlaşdırılmalarının şahidi oluruq, ailədə qızın dünyaya gəlməsinin qohumlar və valideylər tərəfindən “yaxşı qarşılanmadığı” haqda isə heç danışmıram…

Səbəb soruşacaqsız, kifayət qədər dəqiq bir cavab verim valideynlər qız uşaqlarının məsuliyyətini tezliklə çiyinlərindən ər evi üstünə atmağa çalışırlar. Demək qız bir az özü ilə baş-başa qalsa, nəsə xəta çıxara bilər -MİŞ. Və övladını kiçik yaşında ərə verirlər. Sonra isə fiziki cəhətdən evin xanımı və ana məsuliyyətini daşımaqda

Imageçətinlik çəkən “qurban”, fiziki qüsurlu körpə dünyaya gətirir, vaxtından çox-çox tez qocalırlar…Demək burda əziyyət çəkən yalnız “uşaq gəlin” yox, həmdə onun dünyaya gətirdiyi həyatını zülmlərlə keçirəcək, xəstə körpədə var….

Bir sözlə hamımız nəyiik? ERKƏN NİKAHIN ƏLEHİNƏYİİİK!

P.S İndi oxuyuculara bir sual: Bunun qarşısını necə almaq olar?? Bəlkə bir layihə ya hər nə isə?? Fikir bildirək!

Advertisements

10 comments

  1. Raziyam seninle, esasen bele hallarin en chox bash verdiyi erazi Irana yaxin olan zonalardi, 11 ci sinife geder qizlar hech chatmir, nishanlanan kimi mektebe getmeyi dayandirirlar
    Layihe qisminden, telimler falan kechirtmek olar o erazilerde, hech olmasa mektebi bitirmelerine heveslendirmek uchun o qizlari

    1. Yəni 15 yaşındakı qız 20 və ya 25 yaşlı biriylə evlənməyi İslamda var ? Araşdırma etmədəndə bəzi şeyləri məntiqə uydurmaq olar.Oxuduğunçün sağ ol)

  2. Problemi islamda axtarmaq lazim deyil. Əksinə problemin həllini bəlkə islamda tapmaq olar. Bildiyim qədər İslamda dəqiq yaş yoxdu, fiziki cəhətdən yetkinliyə çatmaq anlayışı var. Bu da o deməkdir ki, dunyaya gələn uşaq normal olmalıdı.

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s