Sapı özümüzdəndir !

Deməli belə…Uzun müddətdir yazmırdım və beləcə yazıram.Siz də az sonra oxuyacaqsız.

İlk öncə bir şeydən danışım.İndiyədək heç bir postumu konkret fərdlərə aid etməmişəm.Düşünməyin ki,bugün edəcəm.Əsla…Blogum bu qədər aşağı zadlar və xırda konfliktlər üçün deyil…

Beləcə başlamazdan əvvəl bir təşəkkür edim.Mənim bir statıma hirslənib,bir blog postu mənə həsr edən insanlara təşəkkürümü bildirirəm.Bilməzdim ki,dediklərim pis təsir edir…İnşAllah Şəkiyə gələrsiniz,mən sizə bir soyuq su alacam.Bu yanğının üstünə içərsiz  😀

Bu gün danışmağa başlayacam mübadilə proqramı olan – FLEXdən.Demək belə…Bu proqram 15-16 yaşlı uşaqların ‘çəhrayı dünyasını’ real edir.Yəni onların yalnız filmlərdə gördüyü Amerikanı ayaqlarına gətirir.1 il pulsuz təhsil və yaşayış imkanı verir.Yaxşı bəs postun adına nə dəxli ?

Problem odur ki,proqram iştirakçıları anlaya bilmirlər ki,ABŞ-ın xaricə bu qədər borcu ola-ola niyə bu uşaqlara  bu qədər vəsait xərcləyir.Yəni orda yaşamaq,yol pulları,PDO adlanan və ABŞ-a getməzdən əvvəl olan təlim və s.Onlar düşünürlər ki,bu sadə,məsum,günahsız bir “mübadilə” proqramıdır.

Və beləcə 16 yaşlı bir qız və ya oğlan düşür Amerikaya və nə olur sizcə ? ‘Uyda’ burda millət sərbəstdir…Yolda problemsiz öpüşə bilirlər, qızlar söyə bilirlər,pivə zad içə bilirlər və bu kimi zadlar…Olurlar nə ?  Şəhərə gələn kənd sakinləri və bir o qədər də məsum olurlar…

Sonra isə başlayırlar “yeni sistem yüklənməsinə”.Can…Yazıqlar elə bilirlər ki,bura onların sahib ola biləcəkləri ən mükəmməl yerdir.10 aylıq bi zad bitir və bura qayıdırlar…

Gedən qız əgər yupkayla oturanda hər tərəfini tuturdusa,indiki tutmayacaq.Niyəmi ? “Onlar buranı dəyişəcəylər” …

Gedən oğlan milət içində söymürdüsə qayıdan söyəcək.Amma ingiliscə…Niyəmi ? İngilis dilində söyüş daha yumşaqdır.Necə də məsumdurlar…

Sora başlayırlar dini dəyişimlərə…Gedəndə Allahdan başqa birini tanımayan qayıdanda satanist,qatanist,zırpaketist və ya başqa zad olur…Deist filan …Mən tolerantam ? Deyləm ! Axı sizdə deyildiniz.16 yaşadək Allaha inananlar indi inanmır…Axı getməmişdən əvvəl elə deyildiz.Aaa ?! Nə oldu ki? Zad oldu – sərbəst ! 😀

Sora başlayırlar çıxdıqları cəmiyyətə altdan-üstdə baxmağa…Axı siz bu cəmiyyətin yetişdirdiyi cavansınız.Demək gedəndə ürəklərində ən əsas arzuları orda yeni şeyləri öyrənib burda onları tətbiq etmək.Gələndə isə düşünürlər ki,biz onların “level”lərinə uyğun deyilik.Hə ?! Burda deyirlər də – “Sapı özümüzdəndir ! “

Yəni belələri düşmən dəyirmanına su tökür…Anlaya bilmir ki,bu Qərbin Şərqi qərbləşdirmə siyasətidir və onlarda bu siyasətin ən yaxşı “gəncavərləri”dir.

Və bəziləri deyir ki”biz dəyişməyəcəyik” və s.Ora gedib nə etmisiniz ki biz burda qalıb nə etməmişik…?! Bəziləri gedib bütün mənəviyyatını ora qoyub gəlir və başlayır “mən zoram” …Hə eləsən.

Sən flexersən sənə görə : qız söyər,içər,çəkər,hər zadı edə bilər… Mən və mənim kimilərə görə : qız qızdır ! saydıqlarımda qız görə bilmədim özüm belə… 😉

Bir sözlə çalışın özünüzlə məşğul olun.Səhvlərinizdən danışsaq gərək səhərə qədər yazaq.Sən getdin və mənəviyyatını dəyişdin,mən qaldım Allahıma şıllaq atmadım.!

Sonda qeyd edim ki,UGRAD –la xaricə gedən uşaqlar daha yaxşı gəlir.Çünki artıq 22 yaşlı uşağa təsir olmur.Amma 16 yaşlı uşağa psixoloji təsir çox güclü olur və deformasiyaya uğrayır …

Proqramın son mərhələsində isə psixologiya yoxlaması var.Ora seçilə adamların  müəyyən boşluqları olur deyə onları seçirlər.Daha rahat pozsunlar deyə sizi,a ağıllı və tolerantlar !

Sonda özümün bir statı : Sümük elastikliyinin də bir həddi var ! 😀 Demək ki nəymiş ? Belə yekə danışmırsınız və rock”a qulaq asırsınız. 😀

P.S : Dediklərim hamıya aid deyil.Bu proqramın elə uşaqları var ki,min cana dəyər.Və ölürəm elə insanlar üçün ! Qalan elə yaxınlarım var ki,bu il gedəcək və necədirlərsə elə də gələcəklər.Onlarda əqidə var !

Və mənə görə qız yolda pivə də içər,fərqli də geyinə bilər.Amma bir var bunu eyni mühitdə edəsən,bir də təsir altında qalıb edəsən.Özünüz olun,xanımlar və cənablar!

Advertisements

9 comments

  1. senin fikirlerine derin hormetim var, amma bezi sheyleri mutleq qeyd etmeli idim, FLEX 15-17 yash ushaqlar uchundu, eyni zamanda Amerika olan serbestliyi ishletmek bacarigida olmalidir, ve senin dediyin bezi sheyler cho stereotiplenmish sheylerdi, yolda opushmek, chekmek falan, o eslinde ele deyil, ozune hormet edenler ele sheyler cemiyyetin ichinde elemir, toleratntliga qalsa ise men ozude de ele dehshet muselman deyilem, getmemishden qabaq da bele idim indi de beleyem

  2. veliyev! sənlə tam razıyam. Ancaq bir az əlavə etmək istərdim. FLEX deyilən zadla aparıb birbaşa emalatxanada hazırlayırlar sapları, Sülh Korpusu deyilən zadın ustalarını da gətirib elə öz məmləkətimizdə hazırlayırlar digər sapları. Məyərsə Amerika bizi bizdən çox istəyirmiş, ay qardaş və bacılar! Taaa okeanın o tayından öz “mütəxəssislərini” göndərir buraya ki, bizim gənclər və cəmiyyət “inkişaf” etsin. Sapın özümüzdən hazırlanmasına da dövlətimiz “hə” deyir ha!

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s