Stereotip qarşıdurması

Demək artıq 8 gündür Amerikadayam və gündən-günə daha çox adamla rastlaşır, daha çoxlarını tanıyıram. Və hər dəfə Azerbaycan haqda soruşuram onlardan. İndi elə nəticəyə gəldim ki, söhbətə tutduğum 80% Amerikalının Azərbaycan haqda ümumiyyətlə heç bir fikiri yoxdu çünki “Azərbaycan” sözünü qulağ reseptorları 1ci dəfə qəbul edir. Qalan 20% qeniylər hansıki Londonda keçirilən olimpiadaya baxıblar Azerbaycanın hardasa Orta Şərqdə yerləşdiyini, və hamımızın “Allahu Əkbər” deyib baş kəsənlərdən olduğumuzu hesab edirlər.

Deyirəm yəyqin mən, mən olmasaydım o 20% la söhbətim onların şübhəli baxışlarıyla və maksimum 5 dəqiqədən sonra aramızda olan məsafənin getdikcə çoxalmasıyla və yekunda ümumiyyətlə çoxlu işlərinin olduğunu və getməli olduğlarını deməkləriylə yekunlaşardı. Allaha şükür hər nə deyirlər sakit qarşılayıram, buda onları qorxutmur. Deməli bunlara yavaş -yavaş Azərbaycanın harda olması haqda danışıram.

Başlayıram ki: “Ay, tutalım ki, Con, bax Azərbaycan Xəzər dənizinin sahilində yerləşir və bax bu ölkələrlə həmsərhəddi: Rusiya, İran, Türkiyə…” Bax burda hiss edirəm ki, nəsə bir təhər baxır mənə və bir cür qərginləşib, üzündəki mimika getdikcə “Ay mama qurtar məni!” mimikasına çevrilir, amma mən sakitcə davam edirəm “…və Ermənistan.” Ermənistan deyən kimi Con elə bil, sakitləşir resmən “çiçəyi çırtlayır”. Bundan sonra mənlə daha rahat, daha sərbəst danışmağa başlayır.

İndi elə nəticəyə gəlmək olar ki ay kişi, bunlar Ermənistanı bizdən daha humanist millət sayirlar! Nəysə lobbi söhbətinə qarışmayım zatən biz öz vətənimizi tanıyan millət deyilik. Xaricə gedəndə “Türkiyədənəm” deyənlərdənik, ona görədə lobbidən heç danışmayım. Amma lobbi bir kənara bilirik də nə ilə məhşurlaşıblar..—————->>

Deməli söhbətimiz uzandığca əcaip-əcaip suallar verməyə başlayarlar məsələn: Sizdə evlər olur? Yeməyə bir şey tapırsız? Birinci dəfə maşını burda görmüsən? və s. AA eyib eledin axi bilirsən ki Ermenistanla hemserhedik, sivil ölkədən qəlmişəm! Nəysə biriylə belə uzun uzun söhbət etdikdən sonra Azərbaycan haqda əməlli başlı fikiri yaranır. Yox düz deyiblər bizə ki, Azərbaycanın Amerikada səfirisiz və onların Azərbaycan haqda düşüncələrini dəyişmək və Azərbaycan haqda təsəvvür yaratmaq yalnız və yalnız sizin əlinizdədir.

Çalışıram və çalışacam ki bacardığım qədər çox amerikalıda Azərbaycan haqda təsəvvür yaradım və ya DÜZGÜN təsəvvür yaradım. Çünki normal olaraq mənim vəzifəm budur =).

Advertisements

3 comments

  1. can ciyer, bu postu yazmaq menim butun Amerika oldugum il boyuna olub fikrimde,amma elede yazib axira chixarda bilmedim, senin dediklerinin ne qeder duzgun, neter yerine dushmesini chox yaxshi bilirem, tanish hisslerdi 😉
    postun superdi, ela alinib, halaldi !!!

  2. Turkiyede de var bele sheyler. Duzdu bele de yox ama bize yuxaridan asagi baxirlar. Ordan gelende dogurdan cox pis olmusdum. Amma her halda gunahkar biz ozumuzuk..( Bu arada postu ela yazmisan 🙂 )

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s