Fanatikləşməyək, inkişaf edək (səliqəsiz fəlsəfə)

Çox uzatmadan dirək mövzuya keçim. Dünən TV izləyərkən kanalları çevirirdim və proqramda birdən kumirim haqda verliş gördüm və mexaniki olaraq başladım verlişə baxmağa. 10 deqiqə keçmədi belə, ama üreyimin sıxıldığını və əslində baxmaq istədiyim verlişin BU olmadığını hiss etdim. Bəli, həmin vaxt beynimdə inqilab baş verirdi. 10 dəqiqə sürən vətəndaş müharibəsindən sonra, bu verlişə baxmaq məcburiyyətində olmadığımı qəbullanıb çevirdim kanalı, beləki müxalifət qalib gəldi. Sonradan etdiyim qərar haqda düşündüm və beynimdə baş verən inqilabın həyatımın çox vacib etapının sonu kimi dəyərləndirdim. Və başladım etdiyim hərəkəti analiz etməyə. Suallar yarandı və onları cavablandırmalı idim.

Niyə baxmaq istəmədiyim bir verlişdə dayandırdım seçimimi?

Niyə bu qədər uzun sürdü baxmaq istəmədiyimi qəbullanmaq?

1. Sadəcə mexaniki olaraq. O, oluree otağda olarkən işığı söndürərsiz, otağdan çıxanda isə yenə əlinizi işıq açarına uzadarsız, niyə bunu edərsiz? Çünki hər otağdan çıxanda işığı söndürməyə o qədər öyrəşmisizki, artıq beyniniz işığı söndürmək məcburiyyətində olmayanda belə, onun artıq refleks kimi qəbul elədiyi mexanizmi işə salar. Məndədə eynilə 3 il əvvəl yaranan ve bu ilə qədər refleksə qədər inkişaf etmiş mexanizm işə düşdü.

2. Niyə?? Əlbəttə ki çünki manyak-fanatik olmuşam. Hansı azad fikirli insan istəmədiyi verlişə baxar ki?? Həmdə özü-özünə baxmalısan başqa yolun yoxdu deyərək??

Buna əsl inqilab deyərəm. Axırda nəyi başa düdüm? Hə, vaxtı ilə kumirimin mənimçün çox vacib insan oluduğunu, ayağa durmağa, böyüməyə, həyata başqa gözlərlə baxmağa başqa dilləri öyrənməyə, fərqli olmağa kömək etdiyini başa düşdüm, amma artıq o həmişə playlistində ötürdüyün, ancaq silməyə əlinin getmədiyi mahnı kimi ilişib qalmışdı həyatımda. İrəli getməyimçün getməliydi 3 illik kumirim. Artıq mənim zəif tərəfim olmayacaq o =D.

Ruhun şad olsun Michael! Hələdə çox sevir, çox hörmət edirəm. Sadəcə dünya daima fırlanır. =)

Həyatımın növbəti mərhələsinə XOŞ GƏLDİM! =)

Advertisements

One comment

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s