Qürbətdə xoşbəxtlik axtarışında (•‿•)

Ailəsindən və sevdiklərindən uzağda, tamamilə yalnız, yaxından tanıdığı yeganə şəxs güzgüdə gördüyü olduğda, normal insan tramvayın altında qalmish pomidor tutmasına oxşayar. Öz-özü ilə danışar, çox düşünər, həddindən artıq çox. Konkret bir iş ilə məşğul olmaz. Sadəcə divarda ona maraqlı gələn bir nöqtə seçər. Həmin o nöqtəyə, nöqtə və divar insan olsaydılar onu məhkəməyə verəcəkləri qədər baxar..Amma əlbəttə ki, divarın hansı boya ilə rəngləndiyini, üstünə hansı üzlüyün vurulduğunu yada nöqtənin nə cazibədar olduğu haqda düşünməz. O, ailəsinin və sevdiklərinin indi normalda nə etdiyini düşünər. Əlbəttə ki saata baxar və: “Bax bu vaxt evdə olsaydım, mama yemək hazırlayardı, mənsə otağda dərs oxuyardım, yada dərs oxuyan kimi edərdim. Sonra burnuma badımcan dolması, yada dovğa, yada kotlet və kartoşka iyi gələrdi. Qaçardım mətbəxə, mama isə masanı hazırlamağımı istəyərdi…” kimi fikirlərə dalar, reallığı unudar, kövrələr, uça bilsəydi uçub gözünün ucuylada olsa sevdiklərini görmək yada onları bərk-bərk qucağlamaq istər..Birdən Reallığ xəyallarının ortasına ən nəzakətsiz şəkildə girər.  Və o, yenə nifrət etdiyi reallığa qayıdar.

O birgün yenə düşünməyə başlar, amma bu dəfə nə evdə bişən yemək haqda, nə də sevdiklərinin hal-hazırda hansı televiziya kanalını izlədiyi haqda düşünər. Bu dəfə o, yaşadığları haqda, etdikləri haqda, məqsədləri haqda düşünər.

AA! Məqsədləri və həmişə etmək istədikləri yadına düşər. Həmin saniyə məqsəd və arzuları beyninin hər hüceyrəsini , və əllərinin mexaniki olaraq tapdığı vərəqi asanlığla doldurar. Dayanar..yenə düşünər..Özündə güc hiss edər və özünə “BACARACAM! Bura qədər gəlmişəm, axıracan gedəcəm! Yox 10 dəqiqə əvvəlki kimi olmayacam daha. Gülümsəyəcəm, xoşbəxt olacam! Sevdiklərimidə sevindirəcəm…Özüm olacam, özüm kimi qayıdacam..” deyər. Mübarizə aparacağı qərarına gələr.

O gündən mübarizə aparar. Həyatını məna və məqsədlər ilə doldurar. Bir çox iş ilə məşğul olar, artıq vaxtını divardaki tanış nöqtəni bezdirərək keçirməz. Əvvəlki olar yenə, yenə  xırda şeylər onu xoşbəxt edər. Həyata gülümsər. Gülümsər ki, həyat da ona gülümsəsin.

Əminəm ki bu balaca insan yaşadığlarını mənlə tramvayın altında qalmish pomidor tutmasına oxşayan adamlara kömək olsun deyə paylaşıb. Və ümüd edirəm ki bu təcrübə onlara həqiqətən kömək edər. İnanırsız, ya yox tramvayın altında qalmish pomidor tutmasına oxşayan insan, heç də yaxşı hiss etmir.

Advertisements

4 comments

  1. Mən də bu hisləri yaşayıram tez-tez, amma sonra başa düşürəm ki, vaxt itkisidi bu. Çətin anlar həmişə olub və olacaq. Hamımızda belədir. Yaşamaq lazımdı 🙂 Və post da əladl! Çox səmimi. Əhsən! 🙂

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s