İnkşaf ya inkişaf?

Hələ balaca ikən heç vaxt “inkişaf” sözünü düz yaza bilməmişəm. Hər zaman “inkşaf” deyə bilmişəm və inşalara, ifadələrə,imlalara da bu sözü səhv yazmışam. Təbii ki, bu səhvə müvafiq qiymət də almışam. Sanki elə o vaxtdan bilirdim ki, bu sözlə heç vaxt münasibətim düzəlməyəcək. Daha sonralar sözün düzgün yazılışını öyrəndim, ancaq…

Nə mi oldu? Sadəcə orfoqrafiyanı bilərək sözün mənasını dərk edə bilməyəcəyimi anladım. Təəssüflər olsun ki, mənim ölkəmdə o söz tam fərqli və yanlış tədris edildi mənə. Həm məktəb həyatımda,həm də məktəbdən kənarda. Hər kəs fərqli izah elədi, hər kəs fərqli başa salmağa çalışdı. Ancaq heç kim reallığı əks etdirmək gücünə malik izahı verə bilmədi. Vaxt keçdi, yaş üstünə yaş gəldi və anladım ki, bu sözü fərqli anlayır mənim xalqım. Orfoqrafiyanı bilsən nə olacaq, bilməsən nə olacaq…

Mənim dövlətim, mədəniyyətim, xalqım durmadan inkişaf edir.Misilsiz sürətlə.Müstəqillik əldə olunandan sonra qazanılan uğurlar da buna dəlalət edir.Xalqın rifahı yaxşılaşır, insanların üzü gülür, uşaqlar məktəbi sevərək oxuyur və yalnız təhsillə maraqlanır, valideynlərin maliyyə problemi yox səviyyəsindədir, hər kəs həyat üçün lazımlı olan nə varsa əldə edir,dolma və tarın bizə məxsusluğu üzərində yetərincə ürəkaçan mübarizə aparılır, bizim hərbi büdcəmiz ermənistanın ümumi büdcəsindən 2 dəfə artıqdır və s. Cümlədə Ermənistanı balaca hərflə yazmağımın səbəbi də mənə tədris olunan proqramda belə bir bəndin olması ilə bağlıdır. O sözü balaca yaz, harda onların bayrağın görsən yandır və s. kimi buna oxşar düsturlar. Əgər bugün onların bayrağın rahatca yandıra biliriksə, orfoqrafiyanı pozaraq adlarını balaca yazırıqsa, demək ki,bu elə “inkşafın” özüdür.Gəlin azacıq ətraflı baxaq mövzuya:

Qışın bu soyuq çağında ayağında sadəcə “ket” olan 60 yaşlı qoca üçün üzərində yeridiyin üçqatlı asfaltın heç bir önəmi yoxdur.Asfalt sadəcə olaraq onun ayaqlarını üşüdür, başqa heçnə edə bilmir.

Və ya planı doldurub evinə çörək aparmaq istəyən və təlaşdan dəhşətli qəza törədən avtobus sürücüsü üçün də şəhərdə qurulan allı-güllü “yolka” ağacları maraqlı deyil. Olsa nə olacaq, olmasa nə olacaq. Dəyişən bir şey yoxdur həyatında.

Yandakı parkın hovuzundan su götürüb maşın təkəri yuyan azyaşlı uşaq isə heç vaxt təkərini yuduğu maşının “Euro2” standartlarına uyğun olub-olmamağı ilə maraqlanmır.

Artıq iş elə bir nöqtəyə çatıb ki, Qarabağ müharibəsində olan insanlar belə sadəcə üzdə ağlayır şəhidlərinə. “İnkşaf” ağrı-acılarını unutdurub və indi tək məqsədləri dövlətdən 100-150 manar məbləğində yardım ala bilməkdir.

Universiteti bitirən və işsiz qalan tələbə üçün də maraqlı deyil müəllimlərin bizə inşalarda yazdırdıqları “Vətənə yararlı gənc” olmaq.

150 manat maaş alan həkim üçün bugün yarmarkada dəhşət “ucuz” olan qoz ləpəsindən alan və 3 paket qoza görə 100 manat pul verən məmurun “maaş” adlandırdığı məfhumun dəyərini bilmək də maraqlı deyil. O sadəcə andını içər və 30 günü 150 manatla yaşayar.Mənim həkimim bunu bacarar yəni.

Və ya yardıma möhtac insanlar üçün də “Atletiko-Madrid” formasının üstündə “Azərbaycan” sözünün olub-olmaması maraqlı deyil. O, axşam üçün bir tikə çörək qazanmalı və “Ata mənim ayaqqabım cırılıb.Təzəsini ala bilərsən?” deyən övladı üçün ayaqqabı almalıdır və ya necə alacağını düşünməlidir bütün gecə boyunca.

Oğlunun əsgərlikdə yemək yeyə bilmədiyini və ya 19 yaşlı oğlunun elektrik ucbatından öldüyünü eşidən Ana heç vaxt hərbiyə ayrılan pulun həcmi ilə bağlı statiskanı bilmək istəməyəcək.

Hemodializ xəstəsi üçün də lazım olan sırf ona vurulacaq iynələrin vaxtlı-vaxtında verilməsidir.İşsizliyin azalan xətlə irəliləməsi ilə maraqlanmaz düşünürəm.

Atasının pulsuzluğunu dərk edən uşaq üçün “Şaxta baba” adlı məfhum olmur. Çünki o uşaq atasının “Şaxta baba”lığa qadir olmadığını bilir və  o uşağın digər uşaqlardan fərqli olaraq “Şaxta baba”ya inamı məna dəyişər.”İnkişaf” sözünün məna dəyişməsi kimi…

Tam çılpaqlığıdır bu inkişafın. Əslində heç fərq eləməz yuxarıda sadaladığım insanlar üçün. İnkişafmıdır? Ya inkşafmıdır? Təbii ki, heç kim inkişafın olmadığını deyə bilməz.Ən azından insan öz əlini vicdanın üstünə qoymalı və ətrafında baş verən dəyişikliklərə diqqət yetriməlidir.Milyonlara əmələ gələn “Crystall Hall”,”Eurovision”da qazanılan uğur,müxtəlif növ silahların hazırlanması,müxtəlif növ silahların istehsalı,açılan yeni iş yerləri  və s. Göründüyü kimi inkişafımızın insanla əlaqəsi çox zəifdir. Bir sahədə inkişafın insanla əlaqəsi güclüdür. Hansı sahəmi? Şəhidlərlə bağlı statistika və “yüksələn” xətt insan amili ilə birbaşa bağlıdır. Belə.

Təbii ki, hər kəs üçün hər səhər fərqli açılır, doğan hər günəşsə hər insanın həyatını fərqli işıqlandırır. Eynilə “inkişafı” da hər insan fərqli anlar. Kimisinə görə bu sözün əsl mənasında baş verər,kimisinə görə isə yalnız mürəkkəblə və orfoqrafik qaydaya uyğun olmayaraq  yazılar.

İnkişafdır ya inkşafdır? Orfoqrafiyaya qalsa dəqiqini bilirəm. ( Təbii ki,TQDK-nın bir sonrakı “islahatına” qədər) Bəs kağızdan qıraqda necədir inkişaf? Mürəkkəb və çətin quruluşu olan diaqramlarsız necədir inkişafın modeli? Ümumiyyətlə, hər hansısa bir modeli varmıdır? Bu nöqtədə isə mənim elmsizliyim başlayır heyf ki…

Advertisements

2 comments

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s