ReStart.

Sakitləş və blogumu oxu.Uzun müddət yazmırdım.Bunu da mənim həyati dəyişikliklərimə,vacib dönəmlərimə və başqa şəxsi səbəblərimə keçin.Təbii ki,bu mənim blogumu hələ də oxuyan dəyərli xanım və cənablara aiddir.Adın belə olmağını səbəbi də düşünürəm ki,yenidən aktiv surətdə yazacam.

Bəli artıq tələbəyəm.Acısıyla və ağrılarıyla bu statusa adaptasiya gedir,yaxşı da gedir.Düzü,Bakıya gələndən bəzi fikirlərimdə,dünyagörüşümdə fərqlər meydana gəldi.Müsbət ya mənfi bu sizə qalmış,mənə görə əlbəttə “heç kəs öz qatığına turş deməz” prinsipi…

Bəli universitet mənim üçün utopiya idi.Çox şadam ki,buna nail oldum,təbii ki,utopik obyektdə müəyyən fərqlər və əksikliklər olması bu fikrimi dəyişdirmir.

Əsas mövzudur,xanımlar və cənablar.Başlayım yazıma.Düzü uzun müddət yazmadığım üçün  yazımda azacıq stil dəyişikliyi ola bilər.Bunu da yeni statusun yaratdığı fərqli abu-havaya verin.

Həyat sadədir.Günün yaşayırsan,dolu-dolu yaşayırsan,sabah haqda minimal düşünürsən və həyatın hər anından zövq alırsan.Bəli hər anından.Qeyri-şərtsiz hər anından.Təbii ki,bu dediyim yenə də Qərb və Şərq ayrımında fərqlənir.Hərəsi öz aspektindən baxır əlbəttə.Konkret hallarla izah edəm.

Zövq alın.Az əvvəl bi status yazdım.Öz fikrimi paylaşdım.Çox maraqlı fikirlərlə tanış oldum.Statımda ifadə edirdim ki,insan gözəl xanımlara baxıb onlardan mənəvi zövq almalıdır.Hansı ki,mən edirəm.Subyektiv yanaşsaq,müxtəlif aspektlər hazır durur.Birin seçib buyurun fikrimi təkzib etməyə.Sadəcə nəzərə alın ki,adı çəkilən zövq siz düşünəndən deyil.Mənəvi zövqdən söhbət gedir.Üzeyirə qulaq asan şəxs dediyimi əlləriylə,yəni yüklədiyimi “big.az”-lı mp3-lərlə qətl etdiyinə görə anlamaz.Burda adı çəkilən zövq məhz qaşdan,gözdən,burundan və s. alınandır.Mənəvidir.Qadının şəhvət yaratma funksiyası olan nahiyələrinə baxmaqla filan bunu əldə edə bilməzsiniz.Bu daha məsumdur və alınacaq zövqlərin ən məsumu.Bunu mental dəyərlərlə,əxlaqla,adətlə,namusla və bu kimi konservativ xarakterli şeylərlə əlaqələndirsəniz,haqlı olacaqsınız.

Məsələn indi kimi desən “naked art” həmən anda sənə tərs baxar və beynində sənin ləqəbini qoyar.Əslində bu heç də siz düşünən deyil.Yaxşı ki,məndə şəkilə baxıb nəsə düşünmək alınmır,yoxsa belə düşünməzdim.Bu hadisəylə bağlı yetərincə iş də gəlib başıma.Məhz buna hazır olmayan insanlara görə bəzən “sosiallaşarkən” qarşıma çıxan “naked art” fotolarını bəyənmirəm.Vəzifəyə çevrilir hüququm.

Daima gülün.Məsələn mən Cem Yılmazın şoularının audio versiyasına qulaq asıram yolda.Təbii olaraq gülürəm.İnsanlar isə elə baxır ki,sanki bu dəqiqəq təpəm üstə asacaqlar.Cəmiyyət olaraq gülüşə qarşıyıq.Metroda,avtobusda heç kəs gülümsəməz.Bir balaca uşaq dəcəllik filan etsə,gülüş yaranar çöhrələrdə.Ancaq baş qalxıb başqalarını görən anda üz öz rutin halına qayıdar.Maraqlıdır ki,gülənə də icazə vermərik.Qız filan gülsə,gözümüzdən düşər və “ehe” deyib cəmiyyətdən şikayətlənərik.Sanki,tam fərqli olmalı olduğunu bilmirik.Hər kəs bir-birinə rinq rəqibi kimi baxır.Və mimika ilə “Parçalaram,basdıraram” səni deyir.Bilsəm ki,Milka ilə düzələr bu hal bütün insanlara imkan daxilində verərəm.

Sosiallaşın.Status yazın,video paylaşın,trol hazırlayın.Bu saydıqlarıma ürəkdən  inanan şəxslər ardını oxumasın postun.Vaxt itirməsin ayrı dünyalardayıq həmin şəxslərlə.Sosiallaşmaq Facebook və bənzəri şəbəkələrlə deyil.Metroda bəzən həsrətlə rahat şəkildə oturan insanlara baxarkən hamısın əlində telefon olması necə də fəxredici haldır.İnsanların sosial vəziyyəti yaxşıdır,ancaq bu texniki eləcə sosiallığı da məhv edir.Bəzən dostlarla iaşə obyektlərində oturanda nə zaman ki WI-FI kəsilir əməlli söhbət yaranır,fəaliyyətə başlayan kimi bütün məsələ məhv olur.Sosiallıq tam fərqlidir.Ünsiyyətsiz sosial olmaq,mayasız qatıq olmaq kimidir.

Eləcə də insanların yanında olan və əks cinsə mənsub insanları heç də həmin şəxsin “bi şey,mi şey var ? ” sualnın real cavabı kimi görməyin.Şəxsən öz adıma əsk cinsə müraciət edəndə çəkinirəm ki,tərsləyər.Asosiallıq bizdə anadangəlmə var.( İstisnasınızsa,əsəbləşməyə dəyməz ) Bunu dəyişmək əvəzinə daha da inkişaf etdiririk.Oluruq “master degree”.

Danışın,ünsiyyət qurun,fikirlərinizi mübadilə edin,doğru bildiyinizdən yayınmayın.Səhv olsa belə.İnsanlar fərqli olduğu kimi onların doğruları da fərqlidir.Hər kəsin eyni doğrusu olsa,necə də maraqsız olar dünya.

Təhsil alın.Sözüm onu demir ki,hər şeyi bil.Buna ehtiyyac yoxdur.Xoşbəxtlik üçün öz ixtisasınıza köklənin.Əsas lazımi bilgiləri öyrənin,gerisi sizə lazım deyil.Məsələn hələ məndən kosinus soruşan olmayıbsa,demək ki,bəzi dərslər,bilgilər periodikdir.Bu o demək də deyil ki,oxumayın.Ancaq bəzi bilgiləri filtrə edin.Edin ki,daha praktik bilikli olasınız.Nəzəriyyə özünü praktika doğrultmursa,əksikdir.Bədii desəm,günəbaxan üçün Günəşin çıxdığı səmt vacib deyil,hara olur olsun,meyl edəcək.Hər şeyi bilirsinizsə,ancaq lazımlı deyilsə,apar tulla.

Son olaraq bəşəri düşünün.Buna həm hüquq təhsilimə,həm də dünyagörüşümə görə deyirəm.İslam da humanizm olaraq bunu təlqin edir.Daha Elgizin verilişində çıxış edən hüquqşünas kimi qaradərili insanların bədənindən qoxu gəldiyini iddia edib özünüzü,öz millətinizi üstün görməyin.Xalqınızı,millətiniz sevin.Bu ayrı məsələdir və çox yüksək dəyərdir.Dediyim fərqlidir.Hər kəsi qəbullanın,özünüzə rəva bilmədiyiniz kiməsə tətbiq etməyin,insanlara düşmən gözü ilə yox,azacıq sevgi ilə ( insanlıq sevgisidir! ) yanaşın.Dözülməz olsalar belə.Bəzi məsələlərə də insan kimi yanaşın.Din,dil,irq baxımından özünüzü ayırmadan.Məsələn Paul Uolkerin ölümü ilə bağlı insanların fikri birmənalı olmadı.Bunu müxtəlif hadisələrlə və bu hadisələr üzündən ölən insanlarla müqayisə etdilər.Heç kəs humanizmə varıb insan ölümü olaraq dəyərləndirmədi.Səbəbsə,insan anlayışının bəzilərimiz üçün sadəcə ailə,dost və iş yoldaşı ilə bitməsidir.

Qarışıq yazdım,səlis yazdım,xoşunuza gəldi,gəlmədi subyektiv qərarınızdır 🙂 Kim bu cümləyə qədər oxudusa,var olsun.Hugs 🙂

P.S : Yazıda haqqında  danışılan xüsusiyyətlər hamıya aid deyil.İstisnalar var,heyf ki,qaydanı pozmur.Hörmət çərçivəsində istənilən irada açığam və bu oxuduqlarınız mənim fikrimdir.Qarışıq yazıdır,bunu da bilirəm.

Advertisements

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s