Avtobaslar vs Online kliklər

Avtobaslar vs OlineBöyük şəhərlərdə məsafələrin böyüklüyü ucbatından nəqliyyata çox ciddi önəm verilir.Nəqliyyatsa həm şəhərdaxili,həm də şəhərlərarası olur.Bu yazımda nəqliyyatın qlobal dünyada önəmindən ziyadə tələbə olaraq mənim həyatımdakı rolundan danışacam.Nəqliyyat ciddi məsələ olaraq hər kəsin həyatında bu və ya digər cürə var.Hələ də əgər siz rayondan Bakıya təhsil,iş və başqa məqsədlər üçün gəlmisinizsə,bu zaman sizin həyatınızda avtobus anlayışı çox məna kəsb edir.Yəni “rayon uşağıysanız”.Niyə məhz belə ? Çünki “rayon uşaqlarının” bir ayağı rayonda olur.Nəysə gəlim “mustafama”.

Bir müddət əvvəl Bakı Beynəlxalq Avtovağzal Kompleksinin internet saytı fəaliyyətə başladı.Düzü,bu saytı kəşfim təsadüfi oldu.İlk başlarda saytın fəaliyyəti ilə bağlı şübhələrə malik olsam da,sonralar bu sistemin yetərincə maraqlı və səmərəli fəaliyyəti məni necə deyərlər məst etdi.Qısaca saytın fəaliyyəti prosesi haqqında izah edim :

1.Sayta daxil olan kimi sizi “Ana səhifə” qarşılayır.

Image

2.Daxil olursunuz “Online bilet satışı” hissəsinə.

Image

Burda “Qeydiyyat” klik edərək sadə forumdan sora öz login və parolunuzla saytla daxil ola bilərsiz.İstifadəçi qismində təbii ki.

3.Öz login və parolunuzla daxil olduqdan sonra qarşınıza gedəcəyiniz təyinat məntəqəsini seçim imkanı qoyulur.

Image

Təyinat məntəqəsini seçdikdən sonra sizə reysin zamanı sorulur.

Image

Tarixi müəyyən etdikdən sonra,siz artıq mövcud reyslərin siyahını görəcəksiniz.

Image

Ad,soyad,seriya nömrəsi və cinsi daxil edib “İrəli” edirik.

Image

Reyslərdən birinin üstünə klik edərək həmin reysdə olan boş yerlərin sxemi ilə qarşılaşa bilərsiniz.Qeyd edim ki,sxem boş ola yerlərdən birini sifariş etmək və pulu ödəmək üçün sizə 1 dəqiqə müddət təyin olunur.Bu müddətdən sonra bütün proses reysinizin tarixini seçdiyiniz mərhələyə qayıdır..Image

 

Seçdikdən sonra isə sizə təklif olunan “Ödə” əməliyyatına klik edərək belə bir səhifə ilə üzləşirsiniz.Lazımı məlumatları daxil edərək bilet üçün sifarişi tamamlaya bilərsiniz.Bir nəfərlik bilet Şəki reysi üçün 5.63 AZN olaraq müəyyənləşib.Halbuki avtovağzalın özündən biletə sahib olmaq istəsəniz,minimal 6 AZN xərciniz olacaq.Image

 

Prosedurun özəlliyi çox rahat olmasıdır,evdən çıxmadan 10 gün sonrakı tarixə qədər bilet sifarişi mümkündür. Demək bu bilet var ha,çox qarışıq məsələdir.

Avtobuslarda dəfələrlə şahidi olmuşam.Bir öncədən sifariş edərək 5-ci yerə ( Allahın xoş bəndələrinin yeri adlanır ilk 15 yer 😀 ) sahib çıxdığım halda,məndən 3 gün öncə bileti vağzaldan alan şəxslər otuz neçələrdəsə zülm çəkirdilər.Düzü,vağzalın və işçilərinin bu məntiqini tam anlaya bilmirəm.İrəlidən yer verərək,vətəndaşa rahatlıq vermək istəmirlər,ya da sadəcə gözlərindən yayınır.

Bu sistemin mənim üçün ən gözəl yanı insan əlindən uzaq olmasıdır.Sonuncu dəfə rayondan Bakıya gələndə səhər 7də açılacaq vağzalın qarşısında 7ə 10 dəqiqəqə qalmış oldum.Nəticə heç biri bilet qalmamışdı,yeni açılan və biletlərin satışa çıxarıldığı ilk günü.Düzü,əlim ətəyimdən uzun geri qayıtdım və Bakıya gələcəyim gün telefon zəngi bütün ruh halıma ciddi zərbə vurdu.

-Alo?

+Alo

-Qaqaş,avtovağzalda işləyən oğlandı,Saat 2ə bilet var.İstəyirsən?

+ Yox sağ olun.

Düzü,”sağ ol” deyəndə minik avtomobilinə verəcəyim 15cə manat gözlərimin önündə kolbastı oynamağa başladı.Barmağımı dişləyib məsələnin nə yerdə olduğunu,biletlərin qəsdən saxlanıldığını və belə dar macallarda baha qiymətə satışa çıxdığını anladım.Hələ də Şəkidə bilet üstünə bir balaca kağız vurub 40 qəpik də ona alırlar.Adı da odur ki,vergidir.Vergilər Nazirliyinin elə vergidənsə,xəbərinin olduğuna şübhə belə etmirəm.

Ancaq online sistemə insan əli dəymir deyə sərbəst şəkildə istədiyiniz yeri ala bilirsiniz.Həm də daha ucuz və daha rahat.Təbii ki,vağzalda sizin online biletli olduğunuzu eşidəndə gedəcəyiniz avtobusun işçisinin sizə düşmən gözü ilə baxması bu işin cilvəsi olaraq qalır 😀

p.s : Tək mənfi cəhəti bu sistemin rayonlar üçün hələlik əlçatmaz olmasıdır.Tez bir zamanda rayonlar üçün də fəaliyyət göstərəcəyi ümidi ilə 🙂

Advertisements

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s