Abu-turiyent.

Abu-turiyent.Düşünürəm ki,insan həyatında 2 cür şey vardır ki,onu özü seçməlidir.Birincisi onun gələcək ixtisası,ikincisi onun gələcək həyat yoldaşı.Hər ikisi də kifayət qədər önəmli anlayışlar olub insanın həyatına ciddi təsir qüvvəsinə malik məfhumlardır.Çünki nə hər səhər gəlib gündəlik iş vaxtınızın müəyyən qismini sizi bu ixtisasa gətirən səbəbləri,şəxsləri “ağ yuyub,qara sərməniz”,nə də səhər qalxıb “corabım hardadır?” deyə səslənən sualınızı sizin az maaşlı və ya pinti olduğunuz haqda deyinmək üçün siqnal kimi qəbul edən insanla yaşamağınız sizi daha xoşbəxt və ya kamına çatmış insan etməz.Təəssüf ki,belədir.Bu dəyərlər hər insana görə dəyişə bilər,təbii ki,blogun url-ində olan adın sahibinə görə belədir bunlar.

Az və ya çox dərəcədə anlaşıldı təqribi danışacağım mövzu.Bu postumu həsr edirəm illər boyu formalaşan və hələ də formalaşmaqda olan ailə əlaqələrinə.Aprel zarafatı üçün gec qaldığımın fərqindəyəm,təbii ki,ailə əlaqələrindən danışacaq deyiləm,praktik məlumatlarım yoxdur bu barədə,bu haqda gələcəkdə nəsə düşünərik 🙂

Bəli iki variantdan birini istisna etdimsə,məntiqi olaraq digər variant qalır.İxtisas məsələsi.Əlbəttə ki,qalxıb ciddi-ciddi ixtisas nədir,və ya hansı ixtisas sizə uyğundur deyə danışmayacam,bu sahənin mənbəyinə düşməyə cəhd edəcəm,daha çox ixtisasla bağlı təhsil almaq hüququnu qazananadək bir insanın keçdiyi yollara nəzər yetirəcəm.Abituriyentlik,abituriyentlik və tələbəlik arası və tələbəlik.

Bir insanın həyatında neçə “dizlərinin bir-birinə dəydiyi” məqam olur ki ? İlk dərs günü,qəbul imtahanı,evlilik,övlad sahibi olmaq və s.İnsan həyatında bir dəfə baş verən,özəl və gözəl günlərdir saydıqlarım.

Ancaq lap əvvədən yox elə qəbul imtahanı,bunun timsalında abituriyentlikdən danışım qısaca.Mənə görə abituriyentlik bəzilərinin facebook-u deaktiv etməsi ilə müşayət olunan ( özüm də etmişəm vaxtilə ),ciddi stressə səbəb olan,beyindəki neyronları qarşı yönəlmiş soyqırımdır.Şəxsdən şəxsə müddəti artır,hətta 4-5 il hazırlaşıb artıq bu sahə üzrə dosent və digər elmi dərəcələri malik olan insanlar da var.

Çox acılı,bezdirici bir mərhələdir insan həyatında,indi abituriyent olan uşaqların vəziyyətin təsəvvür edirəm,bəziləri gün sayar,bəziləri indidən “edə bilməyəcəm” mood-undadır,bəziləri isə sadəcə başını aşağı salıb oxuyar.Bir veteran abituriyent kimi sizə məsləhətim gün saymayın və indi gözünüzdə böyüyən qəbul imtahanı ondan 2 gün sora beyindən silinir.Sanki o deyildi sizi gecələrcə oyaq qalmağa məcbur edən,”hər kəs bir gün gedər” fəlsəfəsinə uyğun olaraq onunla bağlı stress  2 gün sora yox olur.Sadəcə oxuyun və sakit olun,siz onu böyütdükcə o dopinq qəbul edib sizin beyninizdə hətta ayaqdakı balaca barmağınızı idarə edən sinirləri belə ələ alacaq,imtahandan sora yetərincə istirahət və başqa şeylər olur.Bu mərhələdə oxumaqla yanaşı sizdən tələb olunan yolun sonundakı işığı görməkdir,bu adamlar komaya düşəndə gördüklərindən deyil,bu Braun qanunun yaranmasına yardım edən şüanın başladığı işıqdandır,yəni bu işıq yetərincə yenilikçidir.Əzm və disiplin sizi məqsədə “day-daylı” insanlar kimi aparacaq!

İmtahandan sora yaxşı bal yığsanız həyatınız dəyişəcək.Olacaqsız Hollivud ulduzu,xalalar,bibilər,alış-veriş etdiyiniz mağazada işləyənlər,dayılar,əmilər,ananızın iş yoldaşları,atanızın sadəcə yoldaşları – hamısı sizə həyatda heç də bir daha qarşınıza çıxacaq tipdən  olmayan münasibət bəsləyəcək.Universitet başlayana qədər sizdən əlası olmayacaq,yeni qohumlar peyda olacaq,hətta şanslı olsanız,bəzi “təzə” qohumların siz yaşda qız və ya oğlan nəvəsi olduğu haqda da reallıqları görəcəksiniz.Bu əsasən oğlan uşaqları üçündür. ( Təcrübəliyəm)

Universitet? Gecələr yuxunuza girirdi ? Xəyal edirdiniz?

Dərs otaqlarına girdiyiniz ilk dəqqədə yuxuların həqiqətən də insan beyninin xarüqəsi olduğunu anlayacaq,verilən ilk belqıran dərslə də xəyallarınız qatara minib çuk-çuk edərək gedəcək və yerinə buxar maşınını ifadə edən “reallıq” gələcək.Yox əslində demoralizə üçün deyil bu post,sadəcə universiteti misilsiz qəbul edir bəziləri,buna görə də ora “vəsiqəni” təmin edən imtahanı çox böyüdür gözündə.

Ancaq universitet heç də məktəb deyil,hazırlıqsa heç deyil.Universitet başqa aləmdir,real aləmdir,əsl dünyadır.Tələbəlik əladır.Demək,gülmək istədiyiniz qədər olur,əsası fərd olaraq tanınırsız və hörmət göstərilirsiniz.Haqsızlıqları görüb,onlara qarşı immunitetiniz formalaşır,həyata hazırlaşırsınız.Kim bilir bəlkə 2-ci seçməli olduğunuz məfhumu da burda tapdınız.Dərsmi ? O da olur.Bəzən tələbə olan kəs “biz tələbəlik yaşamırıq” deyir. (Yaxın 3 həftəyədək deyənlərdən idim ).Səbəb sorursan,dərs olandan tələbəlik olmur deyirlər.Yanlış yanaşmadır,ixtisas,ali təhsil alırsan və dərs olmasın deyirsən,həkim operasiya edəndə xarici tibb portallarından və ya hüquqşünas fəaliyyətində əlində smart-nəsə “e-qanun.az” kimi saytların timsalı olan saytlardan nəsə search etməməlidir.İxtisasınız bilmək üçün,oxumalısınız,xanımlar və cənablar.

P.S : Fənnə görə ixtisas yox,ixtisasa görə fənn seçin.Fənn sizə 2 il çətinlik yaşadar,sonra pensiyaya qədər sevdiyiniz ixtisas,yox əgər fənni rahat seçsəniz,sora təqaüdə çıxma yaşı azaldılsın deyə dua edərək qalacaqsınız.Qarşıdan gələn qəbul imtahanlarında hamıya bol şans! Sən,bəli,bəli sən! Bu sətiri oxuyan abituriyent,sən ən güclüsən!

Hər şeydən öncə isə,həppi olun,həppi 🙂

 

Advertisements

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s