Bax yenə güləsim gəldi.


Elə anlar vardır ki, insan gərək içinə soxub oturmağa öyrəşə.

Səs çıxarmaya olanlara, baş verənlərə əvvəlkindən də normal baxa. Çünki həyatda belə anlar olur, necəsə öhdəsindən gəlmək lazımdır ya yox?!

Mən çox itirən adam deyiləm. İtirmişəm, necə insanlar gəlib, necə yer tutub, necə də gediblər məndən. Ama yenə də özümə çox itirən deyib acındıra bilmərəm, haqqım çatmır, itirdiklərim də ultra-dəyərli olmayıblar.

Mən diqqətcil adam olmamışam, hələ də deyiləm. Yəqin bundan sonra da olmaram. Diqqətcil olmaq yaxşı şeydir, ama məndə yoxdur da. Bundan sonra da versiyamın üzərində işləyib bu funksiyanı əlavə etmək haqqında da düşünmək belə istəmirəm.

Mən çox içən də adam deyiləm. Ola bilmirəm, mədəm, böyrəklərim qoymur içməyə. Tez əldən düşürəm. Gözaltı qaraltılarım məni çox tez ələ verir, can. Mən tez-bazar hamıya bildirirəm ki, baxın ölürəm, ama görməmiş kimi hərəkət edin. Sonra suallar verirlər, dadı qaçır bu mistik şairanə həyatın.

Deyib-gülən adam olmuşam. Bundan sonra da olacam yəqin. Mən gülməyəndə boğzaım düyünlənir. Hər deyəndə də ağlamağı bacaran adam deyiləm. Sonuncu dəfə dediyim kimi sənin qarşında səninçün bir daha ağlamaram, kənarda nə edərəm o da ayrı bir şey. Bax yenə düyünlənirəm. Qalxıb gülüb gəlirəm, can.

Gəldim. Çox güldüm, çox gülməlidir hər şey. Ciyərlərim öyrəşib artıq. Əvvəlki kimi öskürmürəm, get-gedə uyğun olanını tapmışam, gec də olsa ciyərimə uyğunun tapa bildim. İnsanlar deyirdi ki, aludə olur adam. Yox, əşi. Sadəcə nəfəs ala bilmirsən bi müddət sonra istifadə edəndən. Sənsizlik də belə bi şeydir əslində, davamlı qəbul edəndə yox, sonra adam dərk edir aludəçiliyi.

Bəli? Doğrudur, mən səni sevmişəm. Bağışla, yadımdan çıxıb necə yazmaq lazımdır. Mən səni sevirəm hələ də. Maraqsızdır bu sənə bilirəm. Fərqindəyəm. Məni sevən olsa qıraqda məsələn mən sevməsəm, nə vecimə axı kimin nə çəkdiyi. Əslində hər birimiz kimlərinsə tərəfindən həmişə pis adam kimi görünürük ki, niyə axı sənə verdiyim dəyəri görməyəsən deyə onlar da bizi, səni, məni qınayır yəqin. Ama heç kim bu qədər səxavətli deyil ki, o yazıqları düşünə. İndi bu olanlar da əslində bunun başqa formasıdır.

Mən fəlsəfəni sevməzdim, Game of Thronesdan zəhləm gedərdi. İndi isə çox maraqlı gəlirlər. Ned Starkı, Snowu, Tyrian Lannisteri gec tanıdığıma görə hər birindən üzr istəyirəm. Bəlkə mən bilmirdim metafizika nəyi öyrənir, ancaq mən bilirdim ki, kimə, nə üçün və hansı formada ehtiyacım var. Bax yenə ehtiyac deyirəm. Bax yenə bi ümidsizlik alıb götürməyə çalışır məni. Amma əvəz edəcək başqa bir söz də yoxdur axı.

Şeirlər oxumağa başlamışam. Ədəbiyyatla maraqlanıram. Düşünürəm ki, bunları etsəm, sən qayıdacaqsan. Özümü aldadıram hər gün başqa epizod, video və səhifələrlə. Qayıtmayacaqsan bilirəm. Amma bunlar indi daha maraqlı gəlir. Ədəbiyyatı da sevməyə gec başladım. Başda Oğuz Atay olmaqla hamısından üzr istəyirəm. Hörmətsizliyim üçün indi belə cəzalandırırsınız məni, xanımlar və cənablar. Sizi incə ruhlu əclaflar. Mən də cızma-qara edirəm. Amma sən də bağışla pox kimi yazıram. Mənlik deyil şeir yazmaq, yazsınlar, mən oxuyum, adları yadımda qalmasa da, belə sitatlar çəkim, bi də telefonda not yerinə save edim bəsdir. Mən yazmasam, bu ədəbiyyat dünyası itirməyəcək heç nə, məncə.

Telefon dedim yadıma düşdü ki, telefonda galereyaya hələ də girə bilmirəm. Qorxa-qorxa girib nəyəsə baxıb tez çıxıram. Nəyə lazımdır axı duran yerdə, avtobusda zadda səni görüb sora təngnəfəs olmaq.

Ən əlası odur ki, mən hələ də sən mənə yazanda çox yaxşı həyəcanlanıram. Bunu bilib yazmırsan mənə, bilirəm mən, can. Zəng falan da vurmursan ki, birdən lap özündən çıxıb zayı çıxacaq. Bax yenə özümü ovuduram. Bunların heç biri real deyil. Sən demiş, son 6 aydakı biz kimi. Bax xatırladım ki, işlətdiyim sözü kim deyib.

Sən demiş nifrət edə bilsəm, hər şey daha yaxşı olar. Amma yadındadırsa, demişdim ki, edə bilmirəm. İnsan birlikdə böyüdüyü şeylərə nifrət edə bilmir sadəcə. Mənim çox az oyuncağım olub uşaq olanda. Hələ birini qonşunun uşağı qapazlayıb almışdı məndən ki, bu mənimdir. Sevmədiyim şeylər də olub oyuncağım olan. Ama nifrət edə bilməmişəm, evdə bir neçəsi qalır yəqin. Nifrət mənim işim deyil. Mənim altına girəcəyim bir məsələ deyil. Hansısa şair deyir ki, vaxtında birlikdə böyüdüyümüz insanlara görə indi yaşlanarıq. Söz, gələn dəfə daha dəqiq oxuyub şairin adını da qeyd edəcəm. Yadımda qalmır təzə başlamışam deyə. Üzrlü hesab elə. Nə də çox üzr istəmişəm bu müddətdə mən səndən. Yalnız ulu kainat bilər sayını.

İllər keçə, gülərəm bu olanlara yəqin. Bu yazdıqlarıma baxıb “aaay, axmaq” deyərəm yəqin ki. Necə ki, indi illər əvvəl yazdıqlarıma belə münasibətdən başqa bir şey bəsləyə bilmirəm. Amma illər sonra çox az şey qalacaq ki, etməyimlə fəxr edəcəm yəqin. Biri də mütləq səni sevmək olacaq. Özündən muğayat ol, danışarıq da, qaçmıram ki 🙂

Bax yenə güləsim gəldi, qalxım tez-bazar gülüm.

Qalxıb gülün, gedin yatın. Bugün də heç nə düzəlməyəcək.


 

Advertisements

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s