Necə?

Necə bacarırsan mənsizliyi ?

Mən səni qulaq asdığım hər musiqidə,hətta ən anlamsız və mənasızlarda belə taparkən sən necə tapmırsan məni? Bir söz belə xatırlatmır məni orda? Sətirləri tamamilə sənə həsr edə bilirəm də məni xatırladan söz yox mu? Bəstəkarlar edir hamısın,hər yerə səni əlavə etmək də nəymiş ?! Not falan bilməm mən,sən bilərsən ancaq.Bimədiyim notlarda səni tapmaq nə əcaibdir bilirsən heç ? Mən sənin hər xasiyyətinə,gülüşünə,saçlarına,başına buyruq hərəkətlərinə,baxışına uyğun ayrı-ayrı musiqilər tapdıqca,tapıb da səni yaşatdıqca sən məni komplə ifadə edən bi şey tapırmısan orda? Bi musiqiyə tam da səndən bəhs edən bi söz,söz birləşməsi olduğu üçün dəfələrlə qulaq asmaq,”dəfələrlə” sözünün həcmini böyütmək,həm də durmadan.Bax,Ahmet Kaya oxuyur,oxumur səni cızır,başlayandan oxumağa əlinə qələm alıb səni cızır məndə.Birdəfəlik cızır bax,üstünə min rəngli boya vursan da,o yenə də sənin cızıldığın portretin formasında olacaq,silinməyəcək.

Bu şəhərdə,o şəhərdə sənlə xatirələr dolaşır ayağıma.Artıqlıq edirlər sənsiz olanda.Yorur,gecikdirirlər gedəcəyim yerə,edəcəyim işə.De ki,çəkilsin ayaq altından.Onları görmək istəmirəm.İnsanın baxdığı daşda,kolda,ağacda səni yaşatması xoş deyil.Xatirələrə de ki,fond yaradıb yığılsınlar bir yerə,belə başıboş dolaşmasınlar buralarda,çək onları da yanına,apar onları da.Yaşamasaydıq deyirəm bəzən.Sonra bu dediyimə görə özümü tənqid edir.bəzən özümə hirslənirəm,mən sən olmayanda bi özümə hirslənirəm.Sənsizlikdə sənə yox,özümə qəzəblənirəm.Edən də bunu xatirələrdir,xatirə dediyin ayrılıqdan sonra yaranır biz tərəfdə,müsbət cəhətdən xatirə görməmişəm buralarda.

Məndən çox şey aparırsan.Ağır olacaq apardıqlarınla irəliləmək.Olar da çox sıxılsan,çox yorulsan bi kənara at zifiri qaranlıqda.Bi bina arxasına,bi zibil qabına,arxasına da olar.Ama bax kimsə görməsin apardıqlarını atdığını.Görməsinlər nələr aparırsan məndən.Mən bilirəm,sən bilirsən,biz bilirik.Bu da bəs edir. Sən tez düzələcən,tez adaptasiya edəcən necəsə həyatına.Mənsiz necə olduğun bilmirəm,ona görə də necəsə demək ən düzüdür.Mənsə yox.Sənə ehtiyacım var və olacaq.Zəiflik bu deyil,olmamalıdır yəni məncə,lap elədirsə,belə də adlandıra bilərsən məni.Olsun.

Yəni olmamalıdır,bu qədər zamandan,bu qədər yığılan yaşanmışdan sonra belə şən olmamalıyıq ikimiz də. ( Yenə Kaya oxuyur,deyir ki,beləymiş qara yazımız ).Olsun şən olmaq gərək əlbət,belə olmağın da bundan əvvəlki paraqrafı təsdiq edir zatən. Ancaq mənə də öyrət.Gə razılaşaq,belə davranmağı mənə də öyrət,birlikdə edək,belə çox sıxıcı və ağrılıdır.Necəsin de mən də elə davranım,səni musiqilərdə tapmayım daha,gözümü yumanda gəlmə o ağ cisimlərin oynaşdığı qaranlıq və yorğun göz qapaqlarımın yaratdığı qaranlığa. Post olacaqdı bu,amma bu qədər dərin post olmamalıdır,kimsə sənə düşkünlüyümü bilməməlidir ki,ondan istifadə edə bilməsin 🙂

İnanma mənə.İnanılacaq biri deyiləm.Heç olmadım,bəlkə də olmayacam. Dön deyə tək sətir yazmıram burda,dönməni gözləmirəm,dediyim kimi sən yığdın yolluqlarını,mən də bezəcəm bi yerdə,sənsizliyə boyun bükəcəm,bunu sitəm qəbul et,sənsizliyi sistəmim kimi gör bunu.Mən gedərəm,itərəm,sən heç olmadın deyə özümü,hislərimi basdıraram. Bilmirəm niyə bunu yazdım və hələ də yazıram.Sadəcə çırpınıram,buna cəhd edirəm,sənsizliyi həzm etmir beynim,qanım,ruhum.Səni uzaqda sevəcəyimə inanmaq istəmirəm,elə sevmək istəmirəm səni,sən və uzaqda kəlmələrin bi yerə görmək istəmirəm mən. Fikir vermə mənə,bi gün,məhz o gün yazmayacam sənə,o gün bil ki,uzaqdan sevməyi öyrəndim,səni uzaqdan sevməyimin ilk gününün o gün olduğun bil.

Qayıtma mənə,xoşbəxt deyilsənsə,olacağına ümidin yoxdursa qayıtma. Mənsiz daha xoşbəxtsən.Bilirəm bunu.Sevmiyəcən bi müddət sora,bunu da bilirəm.İnsan xoşbəxt olmadıqların tez unudar,yalan demirəm mən sənlə xoşbəxt idim,olacam . Fiziki cəhətdən təklik falan fərq etməz,necəsə olacam.Dönmə mənə.Hal əhval da soruşma,yaxşı olmayacam,səndən sora yaxşı olmayacam .Bildiyin şey üçün sual vermək əbəsdir,verməyərsən mənə sual .Sənə ehtiyacım olub,var,olacaq.Ama  sənsiz də olacaq həyat,necəsi haqda bilmirəm heş nə.Sənsiz olacaq.Reallıq budur.Xoşbəxt olmağa çalış,yeni birin sev.selfi çək onla bolca,mənlə selfie-in yoxdur bu arada,ama var Dağ üstü zadda.Nəsə day.Sən xoşbəxt olmalı və edilməli qızsan.Bağışla ki səni əlimdə saxlaya bilmədim .Bu olanlar sənin bəxtin mənim bəxtsizliyimdir deyəy,alıma acındırmıram səni,qətiyyən,sadəcə canım acıyır .Xatirələr çiyinlərimçün daşınmayacaq qədərdir.Sənə qiymət vermədiyim üçün bağışla. Böyük bir səhifəni,yox yox sən kitabın son vərəqin oxuyub,bağlayıb gedirsən.Sağ ol ki,oxudun məni,məni anlayan ən yaxşı oxucu oldun,ama mənim də rəfə qalxmaq vaxtımdır…

Gecəm xeyrə…Damien Rice demişkən Cheers darlin’.

Advertisements

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s